Elchi.az xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penny Wong, 2016 cı ildə Əl-Qaidə tərəfindən qaçırılan 88 yaşlı avstraliyalı həkim Kennett Elliottun evə buraxıldığını və vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Avstraliyalı Kennett Elliott 40 il sağlamlıq klinikasına rəhbərlik etdiyi “Burkina Faso”-dan həyat yoldaşı Cocelyn ilə Əl Qaidə yaraqlıları tərəfindən qaçırılıb.Cocelyn üç həftə sonra sərbəst buraxılsa da, Dr. Elliott həbsxanada saxlanılıb.
Avstraliyanın xarici işlər naziri Penny Wong, bu gün Dr.Elliottun sərbəst buraxıldığını və vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Nazir Vonq verdiyi açıqlamada, “Dr Kennet Elliottun Qərbi Afrikada yeddi ildən çox həbsdən sonra azad edildiyini bildirməkdən məmnunam. Dr Elliott təhlükəsiz və sağlamdır, həyat yoldaşı Jocelyn və uşaqları ilə qovuşdu. Elliott ailəsi kimi, Avstraliya hökuməti də Dr. Elliottun azad edilməsi üçün yorulmadan çalışdı”.
Dr. Elliottun ailəsi isə 88 yaşlı həkimin dincəlməyə və sağalmağa ehtiyacı olduğunu bildirərək, “Avstraliya hökumətinə və onun azad edilməsi üçün vaxtında əməyi keçən hər kəsə təşəkkür edirik”,-deyib.
Nuranə Məmmədova