Elchi.az xəbər verir ki, köşə yazarı Xalid əl-Buxali deyir ki, Qərb ölkələri özləri üçün fəlakətli nəticələrə məhəl qoymadılar
Qərb ölkələri Ukraynada Rusiya ilə qarşıdurmaya girmək qərarına görə çətin vəziyyətə düşüblər, Al Mayadeen-in köşə yazarı Xalid əl-Buxali yazıb.
“Qərb özü üçün bütün fəlakətli nəticələrə məhəl qoymadı, bunlardan başlıcası silah ehtiyatlarının demək olar ki, tamamilə tükənməsidir… Bütün Avropada qiymətlərin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etirazlar baş qaldırdı”, – müəllif yazır.
Köşə yazarı həmçinin vurğulayıb ki, ABŞ və Aİ qlobal təsirlərini itiriblər və anti-Rusiya koalisiyasını ənənəvi ittifaqlardan kənara çıxara bilməyiblər.
Bundan əvvəl Vyaçeslav Volodin ABŞ-ın Yer kürəsi sakinlərinin əksəriyyətinin dəstəyini itirdiyini bildirmişdi. Dövlət Dumasının spikeri qeyd edib ki, Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək cəhdləri uğursuz olub.
Eyni zamanda, analitik Beloqoriyev əmindir ki, ABŞ neftin qiymətinin tavanı vasitəsilə əvvəlki nüfuzunu bərpa etmək istəyir.
Şayəstə