Rusiyalı iş adamı Mordaşov 2022-ci ildə 11,1 milyard dollar itirib.
Elchi.az xəbər verir ki, Rusiyalı iş adamı və sahibkar Aleksey Mordaşov Rusiyanın ən yoxsul milyarderləri siyahısına daxil olub. 2022-ci ildə 11,1 milyard dollar kapital itirib. Bu barədə “Forbes” məlumat yayıb.
“Dekabrda Mordaşov “Severstal”ın sanksiyalara görə itkilərini 400 milyon dollar, 2021-ci ildəki xalis mənfəətinin təxminən 10%-i həcmində qiymətləndirib. İlin əvvəlindən “Severstal”ın səhmləri dəyərinin demək olar ki, 45%-ni itirib”, – qəzet yazır.
Mordaşovun bilavasitə bağlı olduğu Rusiyanın qara metallurgiyasının Qərbin sanksiyalarından ən çox təsirlənən sahələrdən birinə çevrildiyi vurğulanır. Mart ayında Avropa İttifaqı Rusiyadan polad və dəmir məmulatlarının ixracını məhdudlaşdırıb.
2 iyun 2022-ci ildə Mordaşov və ailəsi onun nəzarətində olan Severstal, Severgroup, Nordgold və Alqoritm şirkətləri ilə birlikdə ABŞ sanksiyalarına məruz qaldı.
“Qərbin sanksiyaları onların çoxunu çoxmilyardlıq imperiyalarını xilas etməyə məcbur etdi və birjanın çökməsi onların sərvət təxminlərini aşağı saldı. Forbes-in məlumatına görə, 2022-ci ilin dekabrında sərvəti 1 milyard dolları keçən 68 rusiyalı sahibkar il ərzində yoxsullaşıb” nəşr deyir.
Şayəstə