Rusiyanı BMT-dən çıxarmağın heç bir qanuni yolu yoxdur – bu, hansısa şəkildə qeyri-qanuni şəkildə həyata keçirilərsə, təşkilat fəaliyyətini dayandıracaq.
Elchi.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxış edib.
“Əgər nəzəri olaraq, qeyri-qanuni yolla, kimsə bizi BMT-dən ayırmaq üçün bir yol tapsa, bunu həyata keçirəcəksə, əlbəttə ki, bu, bütün beynəlxalq münasibətlər sisteminin dağıdılması olacaq”, – Polyanski bildirib.