"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Ədalət var olan yerdə…

21 Noyabr 2014 - 02:12
in KÖŞƏ YAZILARI
FacebookVatsap


26625

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

Sabah ədliyyə işçiləri peşə bayramlarını qeyd edəcəklər. Və… öz peşə fəaliyyətimə, üstəlik də əqidəmə uyğun olaraq, uzun müddət ölkədə baş verən hər situasiyaya siyasi yöndən dəyər vermişəm! Fəqət, ədaləti ədliyyə sistemindən yox,  siyasi mübarizədən və onun nəticələrindən gözləmişəm! Həyatın ironiyasına bax ki, siyasi gözləntilərim puça çıxıb, amma və lakin… uğrunda vuruşduğum ədaləti elə ədliyyə sistemi özü sərgiləyib.

Bu gün ədliyyə sistemindən danışarkən, ilk növbədə ədliyyə naziri Fikrət Məmmədovun danılmaz xidmətlərini qeyd etmək istərdim. Nəzərə alınmalı məqamın ən ilkini isə odur ki, müstəmləkəçilikdən qopan Azərbaycana müstəqilliyinin var olduğu çox qısa surədə oturuşmuş ölkə və mükəmməl qanunlar sistemi miras qalmamışdı! Və həm də o amil nəzərə alınmalıdı ki, müstəqillik qazanan Azərbaycan öz milli-mental dəyərlərinə uyğun qanunlar kodeksini işləyib hazırlamaq istəyərkən, Azərbaycanı qloballaşma və inteqrasiya adıyla-pərdəsiylə ən müxtəlif yabançı dəyərlər məcmuyuna sürükləmə cəhdləri, təzyiqləri, təpkiləri, təsirləri, təhdidləri nəhayətsiz olub! Siaysi oluşum üçün dövləti maraqlar baxımından razı olduğumuz məqamlar olsa da, olmasa da, siyasi reveranslar və gəlişimlər qanunlar külliyyatında bir çox ziddiyyətlər yaratmış olub və bu gün də müəyyən çətinliklər var!

Üstəlik də bunun üstündən kadr qıtlığı, düşüncə kasadlığı, təfəkkür yoxsunluğu ölkənin cinayət və cəza siyasətində köklü problemlər yaradıb və… inanmaq istərdik ki, daha yaratmayacaq!

Heç kim bu amili inkar etməz ki, ölkənin ədliyyə sistemi üçün müstəqilliyin ilk illərində ədliyyə naziri kimi hüquq elmləri doktoru, qlobal düşüncəyə, açıq təfəkkürə malik, mental dəyərləri və milli-hüquqi əxlaqı gözəl bilən və həm də bunu ən yüksək səviyyələrdə sərgiləyən İlyas İsmayılov əvəzsiz kadr olaraq bir çox ilklərə imza atıb. Lakin…

İlyas İsmayılovdan sonra bu sistemdə nə bərbadlıqların yarana biləcəyini təxmin edənlər də az deyildi. Ancaq yenə də hər görüntüyə qara eynəklə baxmaq azarından qurtulub demək lazımdı: indiki ədliyyə naziri Fikrət Məmmədov yüksək professionallıq və peşə şərəfini üstün tuta bildi! Tam bərbad, hərki-hərkilik və xarici təzyiqlərin basqısı altında üzqarasına çevrilən ədliyyə sisteminə təyinat alanda, ədalət mühakiməsinə haqlı bir ironiya vardı…

O qədər də çox olmayan illərin azlığına baxmayaraq, cənab nazirin sistemin özünə və tabeçiliyində olanlara qarşı həqiqi ədalət prinsipini sərgiləməsi bir çox düyünlərdən xilasa səbəb oldu!

Bu gün ədliyyə sistemində aparılan islahatların nəticəsi olaraq yaranmış şəffaflıq və təmizlik hətta özünü demokratiyanın beşiyi sayan dövlətlərin də etiraf edəcəyi səviyyədədir!

Ən azından:

indi hakimlərin özünü də həbs edirlər;

indi layiqlilər hakimliyə testlə çox rahat seçilə bilirlər;

indi birinci instansiya məhkəməsinin yanlışlığı sonuncu instansiya məhkəməsində doğru həllini tapır;

indi penitensiar xidmət sovet dövrünün işgəncələrini sovet dövründəki kimi sərbəst və cəzasız tətbiq edə bilmir;

indi nazirlik bütün strukturları ilə birgə açıq hesabata hazırdır;

indi əvvəlkindən fərqli olaraq, istisnalar qanun pozuntularına aiddir, halbuki əvvəllər istisnalar qanunun qorunmasına aid idi;

indi hakimlər və penitensiar xidmət əməkdaşları dəqiq bilirlər ki, onlar səhv edə bilməzlər, səhv etdikləri təqdirdə isə onları heç bir halda heç kim xilas edə bilməz!

Ədliyyə  naziri Fikrət Məmmədovun ədliyyədə yaratdığı ilkin pozitiv aura budu ki, ədliyyə nazirindən böyük elə… qanundur!!!

Və bu nazir Korrupsiyaya Qarşı Mübarizə üzrə beynəlxalq təşkilatın rəhbər heyətində yer alır – unutmayaq ki, korrupsiyada ittiham olunan ölkənin ədliyyə başqanı üçün bu status təkcə onun uğuru deyil, həm də sistemin ortaya qoyduğu real nəticələrin diqtəsidir!

İndi həm də heç kim, hətta ölkəmizə qarşı daim ikili standartlardan çıxış edən xarici «demokrat»lar da etiraz üçün tutalqa tapmaz ki, Məhkəmə Hüquq Şurasının uğurlu fəaliyyətini təkzib etsin!

Hər bir ölkənin gücü onun Femidasının qanunlara hörmət şkalası, qanunları qoruma bacarığı ilə səciyyələnir!

Bu artıq aksiomadır – Azərbaycan… Ədliyyə Nazirliyinin timsalında artıq hər bir vətəndaşına öz qanunlarının gücünü nümayiş etdirə bilir! O ayrı söhbətdir ki, Ədliyyə Nazirliyinin menyüsünə digər güc strukturlarının “brak”, “üfunətli” və “yarımçıq” delikatesləri də gəlib çıxır! Unutmayaq ki, Ədliyyə Nazirliyinin səlahiyyətində bir üstünlük var – əlində olana rəy bildirsin, daha durub hüquq-mühafizə suisteminin qalan qollarının da əvəzinə qənirsiz işləmək imklanı yox ki! Hakimlər maddələri cinayət məcəlləsinə baxıb oxuyan yarımçıq müstəntiqlərin əvəzinə cinayət işi düzüb qoşası, yaxud da prokurorun sanksiya vermə səbatsızlığını ört-basdır edəsi deyil ki!!! İstər prokurorluq, istərsə də daxili işlər, milli təhlükəsizlik nazirliyi sistemində özlərinə yer ala bilmiş, cüzi də olsa var olan  yarıtmaz müstəntiq-prokuror şəbəkəsinin əzabını məhz ədliyyə orqanları çəkir – hakimlərin timsalında! Və bu arada xüsusi vurğulayıram: Azərbaycan demokratik ölkə olduğundan ən adi, elementar bir yanlışlıq nəinki gizlədilə bilir, üzə çıxır, hətta dünyaya faş olur! Nəticədə isə… xələl Ədliyyə Sisteminin üstünə gəlir! İstənilən halda, nəzərə almaq lazımdır: hər nazirliyin Fikrət Məmmədovu olarsa… bizim daha hüquq-mühafizə sistemindən gileyimiz qalmaz.

Bu sətirləri yazarkən həm də özümə kifayət qədər bu sistemi tanıyan imzaları cəlb edə bilərəm təsdiq üçün. Onların içində əksəriyyəti “siyasi məhbuslardır”! Və hesab edirəm ki, “siyasi” ittihamlarda bulunanlar bir vaxtlar mənim getdiyim yolu getməsin: bir vaxtlar mən də tutaq ki, ədliyyə və ya polis və yaxud milli təhlükəsizlik sistemi xəttiylə ölkə üçün əldə olunan uğurları onların vəzifə borcu hesab edərək, etiraf etməkdən vaz keçirdim! Biz uğurları etiraf etməsək, ittihamımızda qərəzli olmağımız sözümüzün kəsərini itirər.

Bu baxımdan, mənim də kiməsə istinadən yox, birbaşa özümlə bağlı və bilavasitə özümə qarşı məhz ədliyyə sisteminin əliylə edilən haqsızlığı dəstavuz edib, ağa qara demək şansım və haqqım var… fəqət, bu sistem Lənkəran məhkəməsinin qanunlardan xəbərsiz və heç bir siyasi səbatı olmayan sədri Elçin Kazımovdan və Bakıda Ramella Allahverdiyevadan, Ucarda Çingiz İsgəndərovdan ibarət deyil axı! Ona qalsa, jurnalistikada da o qədər jurnalistlikdən xəbərsizi var ki!!!

İlk növbədə, ədalət prinsipinə özümüz əməl edək ki, özümüzə qarşı ədalətli olsunlar!

Mən Ədliyyə Nazirliyinin bir-birini təmin edən iki qolunun timsalında dediyimə şəksiz haqq qazandırıram… hakimlər korpusunun müəyyən kontingenti var ki, penitensiar xidməti həddən artıq çətin seçim qarşısında qoyur: ədalətsiz qərarları, hökmləri ilə nifrət və aqressiya təfəkkürüylə psixoloji gərginlik yaradır! Belələri çooox, lap çox azlıq təşkil edir! Digər contingent isə… ədalətli qərarları, qənirsiz məhkəmə prosesləri ilə müttəhimi hətta türməyə, cəzaçəkmə müəssisəsinə gedib çıxmamış inandıra bilir layiqli cəza aldığına, doğru yolda olmadığına anladan contingent!

10 ildi mən əvvəl Lənkəranda, indi Xaçmazda işləyən Əlövsət Paşayevi, 3-4 il qabaq Lənkərandan tanıdığım, hazırda Lerikdə çalışan Təyyar Abbaslını peşəsinə, ədalət prinsiplərinə  və… dövlətə, dövlətçiliyə xidmətdə görürəm! Fəqət 10 ildi də elə Ramella Allahverdiyevanı və Elçin Kazımovu belə görürəm! Və çox şükürlər olsun ki, Fikrət Məmmədovun hesabına belələrinin sayı getdikcə azalır.

Digər tərəfdən… bütün türmə və cəzaçəkmə müəssisələrindəki dustaqlar da elə 10 il olar ki, Süleyman Süleymanovu, Elnur İsmayılovu dustağı yaşamdan, cəzadan, həyatdan küsdürməyən, dustağa islah olunmaq üçün şans tanıyan, dustağı anlayan, dustağı sağ-salamat ailəsinə qaytarmaq borcunu dərk edən insan kimi tanıyırlar!

Və bu gün əgər nədənsə gileyimiz varsa, deməli, bu…ədliyyə sisteminin yox, bir çox hallarda özümüzün vəkillər institutunun zəifliyidir!

İstənilən halda, müstəqillik dönəmi heç 25 ilə çatmayan ölkənin mövcud ədliyyə sistemi elə də çox olmayan əyər-əskiyi ilə uğurları müqabilində təqdirə və təbrikə layiqdir.

Hər hansı birimiz söz deməyə, ittihama qalxarkən, tələb edərkən, nəzərə alaq: biz özümüz nə qədər ədalət prinsiplərinə əməl edirik ki, ədliyyə sistemi bizim həyatımızda yer almasın?!

Ədalətli cəmiyyət ədalətli insanların cəmiyyətidir, onu qurmurlar!!! İnsanların bir-birinə qarşı ədalətsizlikləri cəzanı haqq edir! O ayrı söhbətdir, daha doğrusu, fəlsəfənin problemidir ki, cəza hansı prinsiplə verildi!

Belə…

Sonda üzümü hər gün Azərbaycan Respublikası adından hökm edənlərə tutub deyirəm: “Bir saatlıq ədalət qırx illik ibadətə bərabərdir!”

Ehtiyatında 40 illik ibadəti olanların hamısını təbrik edirəm!

p.s. Xüsusi vurğulamağa ehtiyac duymadım ki, məhkəmələr və CÇM-lər üçün inzibati binalar, korpuslar yenilənir, müasir standartlar səviyyəsində təchizat məsələləri artıq öz həllini tapıb!

p.p.s. Xatırlatmağı vacib saydım: azadlığa çıxandan sonra “Təzadlar” qəzetində haqqımda iki dəfə “azadlıqdan məhrumetmə” cəzası təyin etmiş hakim haqqında yazmışdım: “əgər ədliyyə sistemində bir tək Təyyar Abbaslı varsa belə, bu sistemdən razı qalmaq olar”.

ETİRAF EDİRƏM: Nazir Fikrət Məmmədovun kadrlara ciddi tələbkarlığı sayəsində müttəhimlərin razı qaldığı hakimlərin sayı artmaqdadır!

(Aktual.az)

Previous Post

Ədalət var olan yerdə…

Next Post

Rafiq Tağının ölüm MUSTAFASI – Anası hələ xəbərsizdir

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Rafiq Tağının ölüm MUSTAFASI - Anası hələ xəbərsizdir

Rafiq Tağının ölüm MUSTAFASI - Anası hələ xəbərsizdir

Son xəbərlər

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

05 Avqust 2026 - 19:28
Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

05 Avqust 2026 - 19:19
Salyanda yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

05 Avqust 2026 - 19:11
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

05 Avqust 2026 - 18:57
Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

05 Avqust 2026 - 18:45
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40
Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

05 Avqust 2026 - 18:36
İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

05 Avqust 2026 - 18:23
“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

05 Avqust 2026 - 18:13
“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

05 Avqust 2026 - 17:59
ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

05 Avqust 2026 - 17:46
Abbas Əraqçi Pakistana səfər edəcək

Abbas Əraqçi Pakistana səfər edəcək

05 Avqust 2026 - 17:40
Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

05 Avqust 2026 - 17:33
Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

05 Avqust 2026 - 17:25
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust 2026 - 17:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.