"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Rafiq Tağının ölüm MUSTAFASI – Anası hələ xəbərsizdir

21 Noyabr 2014 - 02:40
in KÖŞƏ YAZILARI
FacebookVatsap

babek goyush vbn

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yazıçı Rafiq Tağı 3 ildir ki, aramızda yoxdur.
Düz 3 öncə, noyabr ayının 19-da naməlum şəxs onu bıçaqladı. Evinin 100 metrliyində, qaranlıq bir məkanda.
O məkan onun ayaq üstə gəzməsinin son məkanı oldu.

Düzdür, qanı tökülə-tökülə evinə getdi, “Məni vurdular” dedi, təcili yardım maşını çağırdı, jurnalist və yazar dostlarına zəng edib olay haqda xəbər yaydı…
O artıq evdəykən bütün Azərbaycan onun bıçaqlandığını bildi. Elə dostları, yaxınları da 1 saylı xəstəxanaya ondan tez çatdılar.
Əməliyyat olunub sağ-salamat palatasına gətirildi, dostları gecə-gündüz xəstəxananın həyətində onun qarovulunu çəkdi. İçindəki bıçaq yarasının ağrısını çəkmək isə onun özünə qaldı.
4 gün yaşadı, gəlib-gedəninin sayı çoxaldı. Televiziya və saytlara müsahibə verdi. Yenə ayaqda olduğunu dilə gətirdi. Ancaq o, özü-özünü gözə gətirdi və 4 gün sonra qardaşı İlqarın qucağında dünyasını dəyişdi…

…Rafiq Tağı bu yazını oxuya bilməyəcək, çünki özü demişkən, evi müharibədən sonra tikərlər.
…Bu yazı Rafiq haqda xatirələrimin bir evidir, Rafiq öləndən bir il sonra quruldu…
…Bu yazı həm də Qan Turalının “Mustafa” romanına qanlı bir baxış oldu….

Rafiq elə bil 3-cü dünya müharibəsinə gedib, hələ qara kağızı gəlməyib, gəlsəydi, Anası yerindəcə ölərdi. Ölməyibsə, deməli, Rafiq o yanlarda səngərdə oturub “Qatilə didaktiv dərsləri” hekayəsini redaktə edir, çünki o hekayənin sonunda Rafiq öz yas mərasiminin təmtəraqlı keçdiyini və dəfn sırasının kilometrlərlə ölçüldüyünü yazmışdı. Əslində isə Rafiqin dəfn günündə Göydən zəhər tökülürdü və heç də hər şey təmtəraqlı keçmədi, orda iştirak edən insanlarda da xoşbəxtliyə bənzər duyğular yaranmadı…

12 noyabr 2011-ci il. “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Zahid Xəlil küçəsindəki “Avalon” kafesi. 6 kvadrat metrlik yemək otağı. Divardan asılan pultsuz televizor. Saat 19.50 dəqiqəni göstərir. AzTV-nin xəbərlərinə az qalıb. İstər-istəməz bu dəqiqələrdə bütün Azərbaycan bu kanala baxır. Şair Rasim Qaracanın oğlu Təbrizin ad günü. İştirakçıların sayı məhduddur. Ata və oğul, mən, Namiq Şaman və Rafiq Tağının qardaşı İlqar Tağı. Rafiq Tağı hamıdan gec gəldi, AzTV-nin diktoru Nəsimi xəbərlərin qısa anonsunu elan edən zaman…

– Azərbaycanda Konstitusiya günü qeyd olunur.
– Türkiyədə gəmi qaçıran terrorçu öldürülüb.
– Araz Əzimov: “Azərbaycanın gedə biləcəyi kompromis Ermənistana hər hansı ərazinin verilməsini nəzərdə tutmur”.
– Metyu Brayza: “Tovuz rayonunda olan qədim yaşayış məskənindən dünyanın cəmi bir neçə yerində var”.
– İranda hərbi bazada və qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 27-yə çatıb.
– Tarkan, Leonid Aqutin, Anjelika Varum və “Cipsy Kings” 2012-ci ili Bakıda qarşılayacaqlar.
– Azərbaycan şahmat yığması Avropa çempionatının gümüş medalını qazanıb.
– Daşkəsən və Gədəbəyə güclü qar yağıntısı düşüb.

Rafiq Tağının tədbirə gecikməsi xəbərini isə AzTV elan etmədi. Bunu biz özümüz bilirdik. 21.02 dəqiqədə o, içəri girdi və çantasından nazik bir kitab çıxarıb boz süfrənin üstünə qoydu. Hamı çönüb o kitabın üz qabığına baxdı.

Qan Turalı
Mustafa
Roman

Qan Turalı əlini ağ şalvarının cibinə qoyub, sağ çiyni ilə də divara söykənib. Eynəyinin bulanıqlığından gözlərinin rəngi görünmür.
Görəsən, Qan Turalının gözləri hansı rəngə çalır…
Uzaqdan Pitbulun səsi eşidilir. Deyəsən, Mətbuat prospektindən aşağı, “Avalon”a sarı gələn maşının sahibi Jenifer Lopezin bir il sonra Bakıya gələcəyini bildiyindən indidən onun duet mahnılarını mənimsəməyə çalışır.

“Mustafa”nı hamı vərəqləyib baxır. Sonda o kitab məndə qalası olur. Rafiqə “tez oxuyub qaytararam” deyib kitabı LG mobil telefonumun altına qoyuram. Ürəyim soyumayıb sol arxa cibimdəki maşın açarını da çıxarıb “Mustafa”nın üstünü örtürəm. Kitabın lap aşağısından Qan Turalının yalnız deşikli, qara yay ayaqqabıları görsənir…
Bütün insanlar sonda qarşısındakı insanların ayağına baxır. Belə düşünəndə Qan Turalı mənə düşmən deyil, heç dostluğumuz da olmayıb, bir-iki dəfə çay içmişik, elə bir-iki dəfə də Facebook-da danışmışıq.

Rafiq Tağının yaralanmasına 7, ölümünə isə 11 gün qalıb…

Rafiq Tağının ölümünədək o kitabı vərəqləyib bir cümlə belə oxumadım, çünki əlimdə Pelevinin “T” romanı varıydı, onu oxuyub qurtarmalıydım…
…Rafiq Tağının ölümündən bir ay sonra o kitab yenidən yadıma düşdü. O dəqiqə Rafiq Tağının televiziyanın diliylə desək, STOP-a düşən sifəti və ona verdiyim söz yadıma düşdü. Kitabı rəfdən götürüb ilk səhifəsini oxumağa başladım. “Ustad yazıçımız, böyük ziyalımız Rafiq Tağıya… 22.10.2011. Qan Turalı. İmza. Mustafa. Və mötərizədə “Bir sadəlövhün qeydləri” yazılıb.

Və annotasiyanı oxuyuram. “Hadisələr 21-ci əsrin ilk illərində baş verir. Bakı Dövlət Universitetinin tələbəsi olan Mustafanın eşqi “uğursuzluq zolağı”ndan çıxa bilmir. Eşqdən sonra qurşandığı mütaliə onu sosializmə aparır. Amma bu yolda çox əzablar çəkəcək, çox məhrumiyyətlər görəcəkdi. İstedadlı bir gəncin fərdi və ictimai miqyasda çəkdiyi bəlaları anladan roman məğlubiyyətin və mənəviyyatın məğlubiyyətindən… Məğlubiyyət labüd, mübarizə mütləqdir”.

Romanın əvvəli Mustafanın məhəbbətilə başlayır. Tələbə yoldaşı Nilufərə olan məhəbbəti. Nilufər isə o məhəbbətin sonda məğlubiyyətə düçar olacağını hiss etdiyindən onunla söhbət etməyə belə vaxtını ayırmır. Mustafa isə cavabsız məhəbbətinə cavab almaq üçün Universitetin pilləkənlərini lift əvəzi enib düşür və özünün etiraf etdiyi kimi 5-ci sevgilisini də əvvəlkilər kimi itirməli olur.

Romanın 39 səhifəsi bir su içimində oxunur. 40-cı səhifəyə keçid isə oxucunu “əyləcə” basmağa vadar edir və düşündürür ki, Şirvan şəhərindən Bakıya, filologiya fakültəsinə oxumağa gələn tələbənin dünyanın klassik, müasir, postmodernist yazıçılarından, filosoflarından sitat çəkməyinin Mustafanın məhəbbətilə nə bağlılığı var? Müəllif Mustafanın diliylə, elə ilk səhifələrdə yerli-yersiz Erix Frommun “Sevmək sənəti” kitabına baş vurur və sevginin fiasko doğuran bir fəaliyyət növü olduğunu başa salmağa çalışır. Sonra isə özü də bilmədən Trotskiyə üz tutur və oxucunu Mustafanın öz tələbəlik həyatını siyasi mübarizəyə həsr edəcəyinə işarə vurur. Əslində isə roman boyu o siyasi mübarizənin metodları açılmır, yalnız 4 dostun – Mustafanın, Rəşadətin, Dənizin və Mahirin bolşevik psixologiyasına söykənən məruzələri söylənilir. Romanın istər əvvəlində, istərsə də tən ortasında müəllif bir cümlə ilə 3 il zindan həyatı olacağından yazır. Ancaq romanın sonlarına yaxın və elə lap sonunda zindan həyatından söz açılmır, onun adres planları belə oxucuya çatdırılmır. Hətta, guya özlərini siyasi mübarizənin ağuşuna atan dostlar da nəyə görə “inqilab” edəcəklərini belə dillərinə gətirmirlər.

Qan Turalının “Mustafa” romanı sxematik cəhətdən iki yarımçıq hekayədən və bir-birilə heç bir bağlılığı olmayan 14 köşədən ibarətdir. Bu isə təbii ki, müəllifin qəzet və portallarda publisistik yazı yazmağından irəli gəlir. Və maraqlıdır ki, müəllif heç özü də hiss eləmədən yarımçıq hekayələri romanın əvvəlinə və sonuna “yapışdırır”, köşələr isə ortalarda vakuumda olduğu kimi ora-bura “uçur”.

Xatırlatdığmız kimi, romanın əvvəlindəki yarımçıq hekayə Mustafanın cavabsız məhəbbətinə, sondakı hekayə isə Viləş çayının sahilində dəli olmaq dərəcəsinə çatan kənd müəllimi ilə (Mustafa) şagirdin (Əkrəm) dialoquna həsr olunur. Əslində isə Dənizin qələmə aldığı sonluqda Mustafa Bakıda nail ola bilmədiyi siyasi mübarizənin “kəndirindən” özünü Viləş çayına atıb intihar etməli idi…

Köşələrdə isə müəllif bir publisist kimi az qala üsyan edir və rəngarəng mövzularla oxucunun az məlumatlı olduğunu sübuta yetirməyə çalışır.
1-ci köşədə Bakıda təhsil alan türk tələbələrinin həyatından bəhs edilir və bu azmış kimi 2-ci köşəsində də türk mövzusunu davam etdirərək artıq Türkiyədəki siyasi ab-havaya baş vurur. 3-cü köşədə Qan Turalı Asif Atanın “Müdriklik səlahiyyəti” kitabından duyğulandığından yazır və qeyd edir ki, Asif Ata sufiliklə Marksın Hegellə rəftar elədiyi kimi davranıb. 4-cü köşədə müəllif Mustafanın oxuduğu Bakı Dövlət Universitetinin tarixinə nəzər salır və imtahanların birində yataraq yuxusunda Mark Avreli ilə dünyanın siyasi və fəlsəfi üzünə “sığal çəkir”. 5-ci köşədə isə Qan Turalı anadan olduğu Əli Bayramlının (indiki Şirvanın) dünəni və bu günü ilə oxucunu tanış edir. 6-cıda Bakıya qayıdaraq hamıya demokratiya dərsi keçir. 7-cidə isə daha da dərinə gedərək realist ədəbiyyata “ayaq verir”. 8-ci köşə mövzu baxımından daha maraqlı anları ilə yadda qalır. Belə ki, müəllif bu köşəsində kitabın insan həyatındakı rolunun vacibliyini bir daha qeyd edir və Dostoyevskinin “Cinayət və cəza” romanındakı iki səhvdən söhbət açır. Guya Dostoyevski bu romanın əvvəlində yazıb ki, otağın ortasında oval şəkilli, dördkünc stol vardı. İkinci səhvi isə Dostoyevski bir gündə günəşin iki dəfə çıxmasını təsvir etməklə edib. 9-cu köşədə isə müəllif fəlsəfi əsərlərin qəlizliyindən söz açır və bildirir ki, belə əsərləri oxumağın da öz qüsurları var. 10-cu köşədə nəhayət, siyasi mübarizəyə qoşulanlar narazılığın pik həddə çatdığını dilə gətirir, Gürcüstan və Türkiyədə baş verən siyasi olayları nümunə kimi göstərirlər. 11-ci köşə isə romanın əvvəlində qeyd edildiyi kimi, müəllifin qoşulduğu siyasi mübarizəyə həsr edilir və növbə-növbə 6 nəfər inqilabçı dostunun (Albert, Ziya, Bəxtiyar, Aysel, Elşad və Ramin) xarakterini açmağa çalışır. 12-cidə Qan Turalı inqilab nəzəriyyəsindən söz açaraq işarə vurur ki, inqilabı gözləyənlər həmişə darıxırlar.13-cü köşədə müəllif Mustafa, Rəşadət, Dəniz və Mahirin yaratdıqları “İnqilab” təşkilatındakı fikir ayrılığından yazır və sübut etməyə çalışır ki, əzəli inqilabi təşkilatlarda da həmişə fikir ayrılıqları olub və bu baxımdan Trotskinin Stalini tənqid etməsi də onlara xeyli ruh verib. Və növbə-növbə öz məruzələrilə oxucunu çaş-baş salmağa çalışır. Və nəhayət, sonuncu, 14-cü köşədə isə “inqilabçılar” Attila İlhanın öldüyü xəbərini eşitdikdən sonra Əhməd Qayanın “An gəlir” mahnısını zümzümə edirlər.

…Ölenler
Dövüşerek öldüler,
Güneşe gömüldüler.
Vaktımız yok onların matemini tutmaya!..

Bəli, bu da son!!! “Mustafa”nın sonuna 11 səhifə qalıb. Dənizin Mustafa haqqında yazdığı hekayə.
O hekayənin sonunda isə Qan Turalı qələmə almaq istədiyi “Mustafa” romanı ilə romançılıq janrında yenilik etmək istəyir və “çay belə söhbətləri çox eşitmişdi…” cümləsilə sanki romanın süjet xəttini məcburən oxucunun hafizəsindən silməyə çalışır…

P.S. Rafiq Tağı bu romanı oxumadığına görə deyəsən, heç nə itirməyib. Rafiq Tağının itirdiyi şey yalnız özüdür…
P.P.S. Rafiq Tağının adına yazılmış “Mustafa” romanı 2012-ci il oktyabrın 22-də Qan Turalının özünə yox, Rafiq Tağının qardaşı İlqar Tağıya verildi. Sakit və təmtəraqsız…
P.P.S.S. Rafiq Tağının anasının onun ölümündən xəbəri yoxdur. Deyirlər ki, Rafiq xaricə kitab çap etdirməyə gedib. Anası da tez-tez söylənir ki, Rafiq uşaqlarını qoyub necə xaricə gedə bilər, axı?

… Ölənlər doğrudan da hara gedir, İlahi?!

… Anaların bir az da çox yaşaması üçün oğul ölümlərinin gizlədilməsi qəbahət sayılmır…

(Aznews.az)

Previous Post

Rafiq Tağının ölüm MUSTAFASI – Anası hələ xəbərsizdir

Next Post

Ramil Usubov motosikletli xuliqanlara kədərli gecə yaşatdı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Ramil Usubov motosikletli xuliqanlara kədərli gecə yaşatdı

Ramil Usubov motosikletli xuliqanlara kədərli gecə yaşatdı

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.