Əsgərlər üçün kitab kampaniyası başlayıb
"Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu əsgərlər üçün kitab kampaniyası elan edib. Kult.Az-ın
verdiyi məlumata görə, naşir "Facebook" statusunda belə yazıb:
"Dostlar, bildiyiniz kimi hərbi hissələrdə kitabxanalar yox vəziyyətindədir. Bu böhranı aradan qaldırmaq və əsgərlərimizi kitabla təmin etmək məqsədilə - bu həmdə onlara mənəvi dəstəkdir - hərbi hissələrə kitablar yığılır. Bu təşəbbüsə dəstək üçün özümüzdən 2 000 ədəd hazırlamışıq. İstərdim bu işdə əlbir olaq. Kitabxanasında əlavə kitabları olan oxucular, jurnalistlər, yazıçılarımızdan xahiş edirəm, kimdə hədiyyəlik kitab varsa nəşriyyata gətirsin. Kitablar əsgərlərimizə yardıma qoşulanlar adından təqdim olunacaq".