Ərdoğanın mətbuat katibi “Charlie Hebdo” jurnalını tənqid edib

124

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Fransanın “Charlie Hebdo” jurnalının növbəti qalmaqallı nəşrini tənqid edib.

Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.

“ “Charlie Hebdo”nun daha bir isterik nəşri ölkəmizin düzgün yolda olduğunu sübut edir. Şər bəzən belə formalar alır, yaxşılığa yol göstərir. “Charlie Hebdo” narahat olmamalıdır. Xalqımız mayın 28-də bütün səsləri ilə Ərdoğanın əleyhdarlarına gözəl dərs verəcək!”, – deyə Kalın “Twitter” səhifəsində yazıb.

Yeganə