Ərdoğan və Stoltenberq NATO-nun genişlənməsini müzakirə ediblər

82

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq telefonla danışaraq alyansın genişləndirilməsi, Finlandiya və İsveçə qoşulma prosesini müzakirə ediblər. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.

“Prezident Ərdoğan Ankaranın İsveçlə danışıqları yaxşı niyyətlə davam etdirmək niyyətində olduğunu və prosesin gələcək inkişafının İsveçin atacağı konkret addımlardan birbaşa asılı olacağını bildirib”, – məlumatda deyilir.

Ərdoğanın sözlərinə görə, Finlandiya İsveçdən müsbət şəkildə fərqlənir, ona görə də Ankara Helsinkinin NATO-ya daxil olması ilə bağlı protokolun respublika Böyük Millət Məclisində təsdiqi prosesinə başlayıb.

Havar Şəfiyeva