Ərdoğan və Putinin görüşü planlaşdırılır

68

Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda görüş keçirə bilər. Görüşdə taxıl sazişinin icrası ilə bağlı məsələ müzakirə olunacaq.

Elchi.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Putin və Ərdoğan arasında görüşün tarixi və yeri açıqlanmır”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, taxıl müqaviləsi Ankara və BMT-nin ilk gündən məşğul olduğu problemli məsələdir:

“Türkiyə taxıl sazişinin işləməsi üçün bütün səylərini birləşdirib və indi də bu prosesi davam etdirir”.