Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Sürətli Dəstək Qüvvələri Komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı tərəfləri münaqişəyə, qardaş qanının tökülməsinə son qoymağa çağırıb və dialoqa qayıtmağa dəvət edib.
Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb
Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb. Elchi.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə sentyabrın...





















Son şərhlər