Ərdoğan: Bayden rəhbərliyi Türkiyəyə F-16 satmağa hazırlaşır

44

Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden administrasiyasının Türkiyəyə F-16-ların satışına müsbət yanaşdığını bildirib.

Bundan əvvəl ABŞ Senatı Türkiyə ilə F-16 döyüş təyyarələri ilə bağlı müqaviləyə dair qanun layihəsinin  məhdudlaşdırıcı şərtlərini ləğv edib. Xatırladaq ki, məhdudiyyətlər Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra tətbiq edilmişdi.

Bundan əlavə, ABŞ Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması barədə rəsmi bildiriş göndərib.

Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Amerikanın F-16-larının alınması ilə bağlı sövdələşmə baş tutmasa, ölkə Rusiyadan Su-35 qırıcılarını almağı düşünə bilər.

Sevilay