Əlləri üzülən alimlər Allahşükür Paşazadəyə müraciət etdi

🗓 11.04.2019 11:48 ✍️ "Elçi" qəzeti
Əlləri üzülən alimlər Allahşükür Paşazadəyə müraciət etdi
Qafqaz Ruhanilər İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadə cənablarına Bakı şəhəri Yasamal rayonu  A.M. Şərifzadə12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında daimi qeydiyyatla yaşayan sakinlər tərəfindən   Açıq məktub Hörmətli Allahşükür Paşazadə! Dövlət başçısının Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə  Şərifzadə 12 unvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdərılması məqsədi ilə verdiyi göstərişdən  6 il keçir. Bu zaman müddətində yataqxananın yerləşdiyi ərazidə 5 ədəd göydələn ucaldılıb. Ancaq Evro Stroy  MMC və AMEA başçılıq  etdiyi bu layihədə yataqxanada 25 ildən artıq müddətdir  yaşayan(  57 ailə) sakinlər evsiz qalmışıq.  Məlumat üçün bildiririk ki, AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun 22 Fevral 2012- ci ildə 01-3-149 sayli müraciətindən sonra möhtərəm prezident İlham Əliyev cənablarının göstərişi ilə Bakı şəhər İcra hakimiyyətinin  564 saylı sərəncamına əsasən A.Şərifzadə 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəratinin yaxşılaşdırılması  məqsədi ilə həmin yataqxananın sökülməsi, eyni zamanda yataqxananın həyətyanı sahəsində yeni yaşayış binalarının tikilməsinə icazə verilmişdir. Bundan sonra 08.11.2012-ci il tarixdə AMEA-nın Aspirantlar yataqxanasının  sakinləri ilə (118 ailə)  yataqxananın komendantı Azər Quliyevin və “Evrostroy-S” MMC-nin nümayəndəsi Bəxtiyar Təhməzovun iştirakı ilə iclas keçirilmiş, yataqxanada daimi qeydiyyatda olub faktiki  yaşayan hər bir ailəyə sahəsi 65 m2- dən az olmayan mənzilin yuxarıda qeyd olunan  ünvanda  olmaqla verilməsi qərarı qəbul olunmuş, 118 ailə tərəfindən razılıq protokolu imzalanmışdır. 14.11.2012-ci il tarixdə “Sifarişçi”  AMEA və “Podratçı”  Evrostroy-S MMC arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilədə Aspirantlar yataqxanasına məxsus 0,66 ha həyətyanı sahədə 1 (bir) ədəd 4(dörd) girişli 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisini şirkət öz üzərinə götürmüşdür. Müqavilənin 1.3 bəndində  “Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan  Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa editdiyi  I  girişli 16 mərtəbəli  yaşayış binasını ödənişsiz əsaslarla “Sifariçi”yə   təhvil verməyi öz üzərinə götürdüyü qeyd olunmuşdur. İnşaat pasportunda isə I və II  bloklar  yataqxana sakinləri üçün nəzərdə tutulmuşdur. Nəhayət nəzərdə tutulmuş binaların  tikintisi başa çatdıqdan sonra bizim üçün ayrılan hər biri 65, 72, 78m2 mənzil sahəsi olan  I və II bloklar satışa çıxarıldı. 2014-cü ildə yeni sərəncamla hər biri 65, 99, 78, 86 m2 mənzil sahəsi olan  V blokun inşasına başlandı və “sifarişçi”ilə “podratçı” arasında 2012-ci ildə bağlanmış Podrat müqaviləsində dəyişikliklər edilərək müqaviləyə əlavələr olundu. Bu dəyişikliklər haqqında isə biz yataqxana sakinləri müqavilədə üçüncü tərəf belə deyil,predmeti olduğumuz üçün məlumatlandırılmadiq. Gələcək   taleyimizin sükanı artıq AMEA rəhbərliyinin əlində idi. Beləliklə 13.06.2017 tarixdə AMEA rəhbərliyi və  Mənzil komissiyası dırnqarası püşkatma yolu ilə ədalətsiz bölgüyə imza atdı. Bəzilərimizi ixtisar altında işdən azad etməklə, qulaqdan dolma bəhanlərlə əvvəlcədən bu günkü gün üçün zəmin hazırlayıb, formal  meyarlar əsasında mənzil bölgüsü aparan Mənzil  komissiyası  bizləri mənzil almaqdan məhrum etdilər. Nəticədə 06.11.2017 tarixində AMEA  rəhbərliyi və Mənzil komissiyası yeni sürprizlərlə dolu  mənzil bölgüsünü “qanuni” şəkildə  göstəriş xatirinə başa çatdırdığını elan edib, apardıqları səriştəsiz mənzil bölgüsünə “mənzil kompaniyası” donu geyindirərək mənzillərin hədiyyə olunduğunu pafosla qeyd etdi. Hansı ki, həmin mənzillərin 6-sı qeyri yaşayış massivi olan zirzəmidə yerləşir.  Birinci püşk atmada iştirak edən  10 ailəni mənzil almaq hüququndan məhrum edərək bizim sıralarımıza qoşdular. Nəzərinizə çatdırırıq ki, bu 10 ailənin 6-sının ailə başçısı AMEA-nın müxtəlif insitutlarında yarım növbəli,  digər 4 nəfər isə tamnövbəli  iş təcrübəsinə malikdirlər. (AMEA rəhbərliyinin apardığı mənzil bölgüsünün  üzərindən 8 ay keçdikdən sonra rəhbərliyə yuxarılardan verilən göstəriş əsasında 0,5 şıtatla işləyənlərin 3-ə mandsard qatindan, 2-ə( 0,5 şıtat),1-ə (vahid şıtat) Buzovna qəsəbəsində yerləşən nəməlum fiziki şəxsə  məxsus binadan, kənardan gələn 1 nəfərə isə V blokun zirzəmisindən, mənzil ayıraraq əvvəlcədən verdikləri qərarı ləğv edib yeni qərar çıxarmışdılar).   7 ailəni isə bütün mövcud qnunları pozaraq Masazır qəsəbəsində və artıq şəhər statusu almış Xırdalan şəhərində yerləşdirdilər. Hətta  bu yaşayış binaları  Evrostroy-S ( indiki adı Sipark ) şirkətinə belə aid deyil. Bütün bunlar yetməzmiş kimi kənardan gələn bu yataqxanaya aidiyyatı olmayan 17 ailəyə isə mənzilləri  “hədiyyə” etdilər. Bu gun biz  AMEA rəhbərliyinin və Evrostroy-S MMC şirkətinin  birgə  həyata keçirdiyi  səriştəsiz layihənin mənzil almaq hüquqları tapdanmış qurbanlarıyıq. Artıq çox  əlacsız qalmışıq,  əlimizi hər yerdən üzüb üz tutmuşuq Uca Yaradana.  Bu gün cümə günü( 05.04.2019 il tarixdə) biz sakinlər Yasamal rayon Şərifzadə küçəsində yerləşən Hacı Cavad  məscidini ziyarət edib Vəhdət namazı qıldıq. Əl açıb  uca Allahdan təvəqqe edib yalvardıq ki, 6 ildir küçələrdəyik  dövlət idarəetmə orqanlarının və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN)  qəbullarında olsaq da  bizim səsimiz eşidən, müraciətlərimizi dinləyib qulaq verən olmayıb. O hamıdan böyükdür, haqqı-nahaqqa verən deyil bəlkə rəhm edər bizə, bu əziyyətimizə son qoyar. AMEA-nın prezidenti Akif Əlizadənin  daşa dönmüş  ürəyinə  rəhm salar, evsiz qalan biz sakinlərin evlərini özümüzə qaytarar. Hörmətli Şeyxülislam! Çox böyük ümidlə inanırıq ki siz də bizim bu duamıza amin deyəcək, müqəddəs İslam dininin buyurduğu kimi haqqın qələbə çalması üçün dua edib, yeni 2019-cu ildə evlərimizə qovuşmağımız üçün dualarınızı əsirgəməyəcəksiniz. Böyük ümid və ehtiramla yataqxana skinləri.

Bənzər yazılar