Azərbaycan Prezidenti İlham Əliyev öz xalqının və dövlətinin tarixinə düşəcək.
Elchi.az xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan “Noyan Tapan” verilişində deyib.
“Əgər Əliyevdən danışırıqsa, ölkəsinin əsl prezidentidir. Nə desək, azərbaycanlıları bəyənməsək də, istəməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır. Bizim siyasətçilərdə Əliyevdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun illərdir deyirəm.
Bu mənə bir hekayəni xatırladır: haradasa Stalinə Papaninin güclü olduğunu deyirlər. Stalin soruşur ki, Papaninin nə qədər diviziyasi var? Eynən bizdə: Vardanyanın neçə diviziyasi var? Paşinyanın neçə diviziyasi var? Buna görə də Əliyevin nə Paşinyandan, nə də Vardanyandan çəkinəcəyi heç nə yoxdur”, – o bildirib.
Merts Ukraynaya elan olunmamış səfər edib
Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...





















Son şərhlər