"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əli Həsənov: Prezident ilə ordu arasında birlik var

03 May 2016 - 02:02
in XƏBƏR LENTİ
FacebookVatsap

qacqinkom eli hesenov 2 may

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 2-də Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb.

 

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ə.Həsənov Azərbaycanla Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.

 

Baş nazirin müavini qeyd edib ki, hazırda işğal altındakı ərazilərimizdən ermənilər tərəfindən narkotik vasitələrin daşınması, narkotik bitkilərin becərilməsi, eləcə də transmilli cinayətkarlıq üçün nəzarət edilməyən zona kimi istifadə olunur və bu ərazilərdə narkotik maddələrin xüsusi laboratoriyalarda emal edilərək müxtəlif ölkələrə göndərilir: “BMT Baş Assambleyasının Dünya Narkotiklər Probleminə və onunla mübarizəyə həsr olunmuş 30-cu Xüsusi Sessiyası zamanı Azərbaycan nümayəndə heyəti Ermənistanın bütün dünya üçün təhlükəli olan belə cinayətkarlıqla məşğul olmasını, bu cür faktları bütün dünya ictimaiyyətinə açıqladı. Ancaq təəssüflər olsun ki, beynəlxalq qurumların qəbul etdikləri qətnamələri icra etməyən işğalçı Ermənistana qarşı belə qanunsuz əməllərin qarşısının alınması üçün ciddi təzyiq göstərilmir və sanksiya tətbiq olunmur”.

Ə.Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. O, müstəqilliyimizin ilk illərində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Yaponiyaya hökumətinə təşəkkürünü bildirib.

Baş nazirin müavini səfirə aprel ayında qoşunların təmas xəttində baş verən hadisələr barədə də ətraflı məlumat verib və qeyd edib ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulub, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəyib, evlər dağıdılıb, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olublar. Diqqətə çatdırılıb ki, sabahdan dağıdılmış mənzillərin bərpasına başlanılacaq və sakinlər öz mənzillərinə qayıdacaqlar.

Ə.Həsənov onu da bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təmas xəttində yerləşən rayonlara səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə və məcburi köçkünlərlə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb, qələbəyə inamı daha da artırıb: “Bu bir daha onu göstərdi ki, bu gün Azərbaycan Prezidenti ilə xalq arasında, ordu arasında monolit birlik var. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Ordusu erməni təxribatlarının layiqli cavabını verdi. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək”.

Görüşdə, eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” Co.Ltd. şirkətinin rəhbəri, 2006-cı ildə beynəlxalq “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli oftolmoloq Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri ilə bağlı geniş müzakirələr aparılıb. Ə.Həsənov Yaponiyaya rəsmi səfərini, keçirdiyi görüşləri, eyni zamanda Sapporo şəhərində “Fuji Optical Co.LTD” şirkətinin müəssisində olduğunu xatırladıb və A.Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını və bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb.

 

Baş nazirin müavini vurğulayıb ki, 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə, 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

 

Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Yaponiyanın ölkəmizdəki səfiri T.Takahaşi Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hər tərəfli şəraitdən məmnun olduğunu qeyd edib və Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

 

Səfir qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin siyasi sahədə də son zamanlar güclənməkdədir: “Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətləri də fəal iştirak edir. Həmçinin Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar və mən inanıram ki, bu da öz növbəsində, gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

 

Previous Post

Əli Həsənov: Prezident ilə ordu arasında birlik var

Next Post

`Prezident cəbhəyə getməklə sübut etdi ki…`

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

`Prezident cəbhəyə getməklə sübut etdi ki...`

`Prezident cəbhəyə getməklə sübut etdi ki...`

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.