"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əli Həsənov: Cənubi Qafqazda ÜDM-in 70 faizi Azərbaycanın payına düşür

19 Noyabr 2016 - 00:13
in MANŞET
FacebookVatsap
Əli Həsənov: Cənubi Qafqazda ÜDM-in 70 faizi Azərbaycanın payına düşür

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
APA-nın xəbərinə görə, Ə. Həsənov məruzəsinə başlamazdan əvvəl bildirib ki, bu gün Azərbaycanda istedadlı gənclər elmə axışmağa başlayıb.
“Azərbaycan elmi yaxın 10 ildə əsl elmlə məşğul olan insanları tapacaq”, – deyə Ə. Həsənov qeyd edib.
Azərbaycan prezidentinin köməkçisi məruzəsində bildirib ki, Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur: “Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.
Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər olub”.
Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır. Azərbaycanın enerji ehtiyatları 4.6 milyard ton şərti yanacaq – 2 mld. ton neft, 2,6 trln. k/metr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb.
Ə. Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli-vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə və İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri, Rusiya, Çin, Türkiyə, İran və İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət  aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.
“2015-ci ildə Cənubi Qafqazda ÜDM-in həcmi 75 milyard  ABŞ dollarından  çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Sənaye məhsulları üzrə Cənubi Qafqazda ümumi 20 mlrd. ABŞ dolları miqdarında istehsalın 80 faizi Azərbaycana məxsusdur. 2015-ci ildə bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard USD kapital qoyulmuşdur ki, onun da 19,5 mlrd. dolları (72%) Azərbaycana aiddir. Bunun 10,7 mlrd. dolları xarici kapital olub. Özünü təminat əmsalına görə Azərbaycan bir çox sahədə tam, yaxud qismən özünün təhlükəsizliyini təmin edib”, – deyə o bildirib.
Ə. Həsənov məruzəsində qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisə olunmazdır: “Bəhs olunan parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər”.
Məruzəçi bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir: “Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır. Azərbaycanın enerji ehtiyatları 4.6 milyard ton şərti yanacaq – 2 mld. ton neft, 2,6 trln. k/metr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb.
Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına  mühüm təsir göstərir”.
Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətlərinin xarakteristikası barədə danışan Ə. Həsənov qeyd edib ki, Azərbaycanın milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə  həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il kəskin şəkildə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.
Sərhədlərin vəziyyətini təhlil edən Ə. Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib: “Azərbaycan ərazisinin 20%-i, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərti ilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması,  Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır”.
Ə. Həsənov məruzəsində müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə də ətraflı bəhs edib.

Bunu da oxuyun

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

Çox isti içkilər xərçəng riskini artıra bilər

Previous Post

Əli Həsənov: Cənubi Qafqazda ÜDM-in 70 faizi Azərbaycanın payına düşür

Next Post

Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər

Bənzər yazılar

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Next Post

Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər

Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər

Son xəbərlər

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstana uduzdu

09 Sentyabr 2026 - 16:07
Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00
Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

09 Sentyabr 2026 - 15:52
Messi Avropada klub alır

Messi Avropada klub alır

09 Sentyabr 2026 - 15:43
Merts və Vaydel Rusiya məsələsində qarşı-qarşıya gəldilər

Merts və Vaydel Rusiya məsələsində qarşı-qarşıya gəldilər

09 Sentyabr 2026 - 15:30
Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

09 Sentyabr 2026 - 15:16
İsrail Böyük Britaniyaya qarşı sanksiyalar elan edib

İsrail Böyük Britaniyaya qarşı sanksiyalar elan edib

09 Sentyabr 2026 - 15:00
Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

09 Sentyabr 2026 - 14:45
Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

09 Sentyabr 2026 - 14:30
Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

09 Sentyabr 2026 - 14:14
“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

09 Sentyabr 2026 - 13:51
Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

09 Sentyabr 2026 - 13:42
Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

09 Sentyabr 2026 - 13:30
Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

09 Sentyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.