"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT MANŞET
FacebookVatsap

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab verib.
– Əli bəy, Əli Əliyev Qüdrət bəyi Elçibəy ideyalarına qarşı çıxmaqda suçlayıb, uşaqlıq illərini kənddə yaşamasının onda komplekslər yaratdığını deyib. Münasibətinizi bilmək istərdik.

Bunu da oxuyun

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Sülh çağırışlarımıza əhəmiyyət vermirlər” – Qüdrət Həsənquliyev

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

–  Çox təəssüf ki, o hər keçən gün daha çox ekstremizmə yuvarlanır. İndiyə qədər çox adam Qüdrət bəyə daş atmaqla özünü təsdiq etməyə çalışıb, o da olsun onlardan biri. Azərbaycanın çox böyük alimləri, elm, mədəniyyət, dövlət xadimləri kənddən çıxıb. O hüquq fakültəsinə daxil olmaq üçün iş stajı olsun deyə sovxozda fəhlə işləyib, sonra hərbi xidmətə gedib. Bütün peşə sahiblərinə həmişə sayğı və hörmətini ifadə edib. O zaman hüquq fakültəsinə qəbul üçün iki il iş stajı və oğlanların hərbi xidmətdə olması tələb olunurdu. Əli Əliyevin isə Qarabağ məsələsinə yanaşması peşəkar siyasətlə məşğul olan bir şəxsin yox, sovet dövründə kolxozlarda meyvə-tərəvəz yetişdirən, toyuq-cücə saxlayan, ciddi siyasətin incəliklərinə vara bilməyən şəxsin yanaşmasına oxşayır. O, Qüdrət bəyin kənddən çıxdığı üçün kompleksinin olduğunu deyirsə, əslində özü kənddə böyümüş insanları aşağılamağa çalışır. İstənilən şəxs onun siyasi tərcümeyi – halına nəzər yetirsin. Siyasətə qatıldığı gündən neçə siyasi bloka qoşulub, kimlərlə bir yerdə olmayıb ki? Sonra da hamısını ittiham edib. Məhz bu səbəbdən ondan hökumətə və ölkəmizə ziyan vurmaq məqsədilə təbliğatda istifadə edilsə də, heç kim onu daha yaxına buraxmır. Deputat seçilməsinə iqtidarın dəstək verməsi üçün öz dairəsindən namizədliyini geri götürüb gedib İsa Qəmbərə alternativ olması isə hələ yaddan çıxmayıb. Etibar Məmmədovla qohumluq əlaqəsi və AMİP-də olması Əlinin az-çox tanınmasına səbəb olub. Sonralar da yeni qohumluq əlaqəsinə görə deputat olmaq niyyətinə düşdü, amma istəyi reallaşmadı. Bu məsələlərə istəsə özü aydınlıq gətirər.

Bundan əlavə, 1993-cü ilin iyununda AMİP funksioneri kimi Rusiya hərbi-sənaye kompleksinin adamı olan Surət Hüseynovun Gəncədə başlatdığı qiyama dəstək verib Elçibəyin devrilməsində rol oynayan bu şəxs, tarixin istehzasına baxın ki, Qüdrət bəyi Elçibəy ideyalarına sadiq olmamaqda ittiham edir. Qoy o, 1992-ci ildə  Elçibəyin Rusiyanın ORT kanalına prezident kimi verdiyi müsahibəyə qulaq asıb, yaddaşını təzələsin, sonra danışsın. Həmin müsahibə yutubda 17 avqust 2013-cü ildə ”Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilib. Elçibəy həmin müsahibəsində deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə Azərbaycan arasında isə sərhəd olmayacaq.

Qərbin Qarabağ məsələsinə münasibəti ortada ola-ola bu adam və onun kimilər deyir ki, Azərbaycan “Krım Platformasına” qoşulmamaqla özünü Qərbin dəstəyindən mərhum etdi. Qərbin dəstəyi bu qədər həlledicidirsə elə qoy, Krımı azad etsin.  Daha “Krım Platforması” adı altında konfrans niyə keçirir? Yaxud, həmin tədbirə qatılan Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü təmin etsin. Qərb bizimlə eyni seperatizm problemləri yaşayan digər sovet respublikalarının ərazi bütövlüyünü tanıyıb, problemlərin onların ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da, bizə münasibətdə eyni mövqeni sərgiləməyib. Abxaziyaya, Cənubi Osetiyaya, “Dnestryanı Respublikaya” maliyyə yardımı ayırmadığı halda “Dağlıq Qarabağ”dakı separatçı rejimə maliyyə yardımı ayırıb. BMT TŞ-nın qətnamələri ortada ola-ola Ermənistana işğala son qoymaq üçün heç bir təzyiq edilməyib. İşğalın davam etdirilməsinə göz yummaqla, dəstək verməklə bizi torpaq itkisi ilə barışdırmaq istəyiblər.  Bundan başqa, konfransdan öncə Rusiya XİN rəsmi qaydada bəyan etdi ki, konfransa qatılan ölkələri düşmən dövlət hesab edəcəyik. Bunları görə-görə, eşidə-eşidə antirusiya platformada yer almağı yalnız ya Azərbaycanın düşmənləri, ya da ciddi siyasətdən uzaq, soyuq başla yox, emosiyalarla qərar verən siyasətdən uzaq kolxozçu, yaxud çoban və ya böyük intellekt tələb olunmayan digər peşə sahibləri təklif edə bilər. Hökumətin içərisindəki narazı adamlar tərəfindən ortaya atılan, məlumatlar ötürülən bu adam, Milli Məclisə boş qalan yerlərə seçilmək üçün hökumət tərəfindən dəstək veriləcəyinə təminat ala bilməyəndən sonra təhlükəli oyuna baş qoşub. Anlamır ki, Qüdrət Həsənquliyev ondan fərqli olaraq kiminlə münasibətləri varsa onu heç vaxt gizlətmir və bütün fəaliyyəti Azərbaycanı, sadə insanları, haqqı-ədaləti qorumağa yönəlib. Bu yolda qabağına çıxan siyasi fitnəkarları ifşa etmək onun vəzifəsidir.

Previous Post

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Next Post

Eldar Həsənovun çıxışı: Mən həbs olunana qədər…

Bənzər yazılar

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib ki, son beş il ərzində Avropa İttifaqında...

“İran daxili və xarici siyasətinə yenidən baxmalıdır”-Qüdrət Həsənquliyev

“Sülh çağırışlarımıza əhəmiyyət vermirlər” – Qüdrət Həsənquliyev

16 Sentyabr 2026 - 09:33

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: -Qüdrət bəy, Azərbaycan...

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. Elchi.az paylaşımı təqdim...

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37

Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az  xəbər verir ki,...

Next Post
Eldar Həsənovun çıxışı: Mən həbs olunana qədər…

Eldar Həsənovun çıxışı: Mən həbs olunana qədər...

Eldar Həsənovun çıxışı: Mən həbs olunana qədər…

Eldar Həsənovun çıxışı: Mən həbs olunana qədər...

Son xəbərlər

Parlamentin növbəti komitə iclası keçirilir

Parlamentin növbəti komitə iclası keçirilir

16 Sentyabr 2026 - 16:34
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

16 Sentyabr 2026 - 16:25
​Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir

​Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir

16 Sentyabr 2026 - 16:16
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

16 Sentyabr 2026 - 16:05
“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00
Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

16 Sentyabr 2026 - 15:51
BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

16 Sentyabr 2026 - 15:42
“Qəbələ”yə yeni baş məşqçi gətirlidi

“Qəbələ”yə yeni baş məşqçi gətirlidi

16 Sentyabr 2026 - 15:30
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

16 Sentyabr 2026 - 15:25
“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

16 Sentyabr 2026 - 15:16
Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

16 Sentyabr 2026 - 15:08
Müharibə uzandıqca xərclər artır: Ukraynanın 2027-ci il büdcəsi yetərlidirmi?

Müharibə uzandıqca xərclər artır: Ukraynanın 2027-ci il büdcəsi yetərlidirmi?

16 Sentyabr 2026 - 15:00
Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

16 Sentyabr 2026 - 14:53
Qubada bu ərazilərin adı dəyişdirilir

Qubada bu ərazilərin adı dəyişdirilir

16 Sentyabr 2026 - 14:42
BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

16 Sentyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.