Ələtdə kursantlarla kütləvi dava

🗓 21.08.2014 00:18 ✍️ "Elçi" qəzeti
Elchi.az Axar.az-a istinadən xəbər verir ki, bir həftə əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının 140264-cü kurs tələbələri Ələt qəsəbəsində təlimə göndəriliblər.
Təlim keçirilən yerdə sərhədçi kursantlarla yeməkxana işçiləri arasında söyüş üstündə mübahisə düşüb və kütləvi dava olub.
Xəbərdə deyilir ki, yeməkxananın şüşələri sındırılıb, hadisə yerinə polis çağırılıb, daha sonra prokurorluğa məlumat verilib.
Mənbə deyir ki, hərbi hissə komandirinin əmri ilə kütləvi davada yalnız 3 kursanta üç günlük inzibati həbs cəzası verilib. Onlar həbsdən çıxandan sonra sərhəd qoşunları sıralarından azad olunublar. Həmin kursantların adları açıqlanmır.
Məsələ ilə bağlı açıqlama aldığımız Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqlədilər. Lakin bununla bağlı məlumat verə bilməyəcəklərini bildirdilər.

Bənzər yazılar