Əkrəm Əylisli Azərbaycanı tərk etdi

🗓 07.08.2014 16:47 ✍️ "Elçi" qəzeti
“Daş yuxular” romanı ilə böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisliimg1614804 Azərbaycandan gedib.
Bu barədə AzVision.az-a Ə.Əylislinin yaxın çevrəsindən məlumat verilib. Bildirilib ki, yazıçı bir neçə vaxtdır, Azərbaycanı tərk edərək Türkiyəyə gedib.
Xalq yazıçısı adından məhrum edilən Ə.Əylisli AzVision.az-a açıqlamasında hazırda Azərbaycanda olmadığını təsdiqləyib:
“Düz deyirlər ki, Azərbaycanda deyiləm, hazırda Türkiyənin Marmaris şəhərindəyəm”.
Türkiyəyə nə üçün getməsi ilə bağlı suala yazıçı cavab vermək istəmədiyini bildirib.

Bənzər yazılar