Əfqanıstanda güclü zəlzələ baş verdi

57

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan Künduz şəhərindən 177 km şərqdə, 191 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Zəlzələ Özbəkistanın rayonlarında da hiss olunub.