"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əsrin etirafı: Rokfeller Türkiyəni necə çökdürdüklərini açdı

29 Dekabr 2015 - 19:35
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

2011-ci ildə Suriyada vətəndaş qarşıdurması başlayandan bu yana Türkiyənin müəyyən qüvvələr tərəfindən müxtəlif yollarla müharibəyə cəlb edilməsinə cəhdlər göstərilir. Eyni zamanda, bir müddətdir ki, Qərb mediası Türkiyənin İŞİD-ə dəstək verməsi barədə təbliğat materialları yayımlayaraq, ölkəni terror təşkilatı ilə əlaqədə ittiham edir. Paralel olaraq isə PKK ilə əldə olunan sülh razılaşması və ölkədə yaranmış stabilliyi pozmaq, kürd-türk problemini dərinləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə özünü göstərməkdədir.

 

Supergüclərin digər dövlətləri öz maraqları çərçivəsində qarışdırması və zəiflətməsi həmişə müzakirə mövzusu olub. Onların bu ssenarisini isə bu günə qədər ən açıq şəkildə yəhudi əsilli amerikalı milyarder Devid Rokfeller etiraf edib.

 

Rokfellerin məşhur etirafları zaman-zaman yayımlanıb və böyük müzakirələrə səbəb olub. Hazırda isə Türkiyə ətrafında baş verən prosesləri anlamaq baxımından Rokfellerin etiraflarının məhz bu hissəsi müşahidəçilərin diqqətini bir daha özünə cəlb edir.

 

Axar.az sözügedən etirafları yada salır:

 

Adnan Menderes dönəmində “Marşal planı”nı işə saldıq  

 

Türklər illər boyu kommunizmə qarşı olub. 1950-ci illərdə bizim dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində, Menderes bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən seçkilərdə aldığı dəstək qarşılığında “Marşal planı” adı altında davamlı borc alır və ölkə sənayesinə kapital yatırırdı. Lakin hakimiyyət bu pulları o qədər plansız xərcləyirdi ki, onları qaytarmaq vaxtı çatanda ödəyə bilmədikləri üçün yenidən bizdən borc götürürdülər. O zaman biz qarşılığında ondan ölkənin qapılarını xarici sərmayə üçün açmağı və bizim şirkətlərimizə xüsusi imtiyazlar verməsini istədik. Menderes bizə bunu heç bir zaman qəbul etməyəcəyini söylədi və bizdən uzaqlaşmağa başladı. Türkiyədə ilk dəfə idi ki, asfalt yollar çəkilir, fabrik-zavodlər tikilirdi. Ölkədə müsəlmanlar çoxluq təşkil etdiyi üçün hər yerdə məscidlər tikilirdi. Menderes bu şəkildə iqtidardakı yerini gücləndirdiyini zənn edirdi.

 

Bizdən ayrıldı və edam edildi  

 

Lakin bir çevrilişlə (27 may 1960) Menderes dövrü başa çatdı və sonunun belə olmasını istəmədiyimiz halda bütün komandasıyla bərabər edama getdi. Sadəcə, Cəlal Bayar (Türkiyənin 3-cü prezidenti) canını qurtara bildi, çünki mason idi. Papa Ronkalli və ya digər adı ilə XXIII Con, Vatikanın təzyiqi ilə onu edam olunmaqdan xilas edə bildi.

 

1980 hərbi çevrilişi bizim istəyimizlə baş verdi  

 

Həmin dönəmdə ölkədə solçular, sağçılar iqtidara gəlir və bizim istəklərimiz istiqamətində ölkə iqtisadiyyatını idarə edirdilər. Lakin ABŞ və Avropada inkişaf etmiş ölkələrin bazarlarında tələb azalmışdı və biz məhsullarımızı sata bilmirdik. Buna görə də digər inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyimiz planı Türkiyəyə daşımaq istədik və azad bazar iqtisadiyyatına keçmələrini, idxalın sərbəst buraxılmasını tələb etdik. İstəklərimizi qəbul etmiş görünsələr də, işin icrasını yubadırdılar.

 

Minlərlə türk gənci uydurma ideologiyalar uğruna can verdi  

 

Sonda bu dilemma bildiyimiz “Ordo Ab Chaos” yoluyla öz həllini tapdı – yəni “Əvvəlcə xaos, sonra stabillik”. Təxribatlarımız vasitəsilə sağ və sol ideologiyalar arasında savaşlar başladı. Əslində, qabaqcadan təsdiqlədiyimiz  Kipr müharibəsindən sonra ölkəyə tətbiq edilən sanksiyalar nəticəsində xalq canından bezmiş, ölkədə yağ və duz tapılmaz olmuşdu. Cinayətkarlar varlanır, xalq isə səfalət durumuna düşürdü. Ölkəyə göndərilən təxribatçılarımız üçün xalqı ayağa qaldırmaq heç də çətin olmadı. Ölkə sağçı və solçu olmaqla ikiyə bölündü və qarşıdurmalar başladı. Hadisələr elə bir vəziyyətə gəlib çatmışdı ki, küçə döyüşlərində hər gün əlli-altmış adam ölürdü. Bütün ölkə terror qorxusu altında əzilirdi.

 

Keçid dövrü və tənzimləmə  

 

İnsanlar axşamlar küçələrə çıxa bilmirdilər. Hər an gülləyə hədəf olmaq qorxusu var idi. Minlərlə türk gənci uydurma idealogiyalar uğrunda can verirdi. Hökumət tez-tez dəyişir, lakin vəziyyəti idarə edə bilmirdilər. Sonra hərbi çevriliş (12 sentyabr 1980) oldu və hər şeyə son qoyuldu. Xalq ölkədəki dəyişikliyi hərbi çevrilişin nəticəsi olaraq görürdü. Çünki ölkədə terrora son qoyulmuş və stabil vəziyyət yaranmışdı. Əslində təxribatçılarımızın görəcəyi iş qalmamışdı, ona görə də səhnədən çıxmışdılar. Burada oynanılan oyun ondan ibarət idi ki, xalq ümidsiz və çarəsiz vəziyyətə salınmalı və onlara “xilaskar lider” təqdim edilməli idi. Ondan sonra bu lider nə edir-etsin, xalq onu qəbul edəcəkdi.

 

Turqut Özal qapıları istəklərimiz üçün sonuna qədər açdı  

 

Hərbi hökumət bir müddət dövlət idarəçiliyini əlində saxladı, sonra isə idarə etməni bizim münasib bildiyimiz liderə verdi. Bu, Turgut Özal idi. Turqut Özal bizim istəyimiz nəticəsində qapıları sonuna qədər açdı. Bizim şirkətlərimiz bu bakirə bazara canavar kimi hücum etdi. İlk vaxtlar qiymətləri çox aşağı salaraq rəqabət gücünü sıfıra endirdilər. Ölkə artıq Amerika və Avropa istehsallı mallarla dolmuşdu. Beləcə, inkişaf etməkdə olan ölkələrin hamısında tətbiq edilən bu planla həm bizlərdən aldıqları məhsulla şirkətlərimiz varlanırdı, həm də bu malların qarşılığı olan ödəmələri gerçəkləşdirə bilmələri üçün bizim maliyyə şirkətlərimiz və banklarımızdan aldıqları kreditlə borc bataqlığına yuvarlanırdılar. Turqut Özal bu planımızın həyata keçirilməsi üçün bütün qanunların qəbul olunmasına şərait yaradırdı.

 

Türkiyədə pul dost, ailə, vicdan kimi anlayışları unutdurdu  

 

Bu ölkə bizim qaydalarla o qədər tez ayaqlaşdı ki, heç bizim də düşünmədiyimiz xəyali ixracat kimi metodlar kəşf etdilər. İnsanlar artıq ən qısa və ən asan yolla pul qazanmağın ardınca düşdülər. Rüşvət, dövlət banklarının qarəti, siyasi tərəf dəyişmək bunlara misal ola bilər. Türkiyədə pulun qiyməti getdikcə artdı – dost, ailə, dürüstlük kimi anlayışlar unuduldu və sadəcə pulu olanlara hörmət edilməyə başlandı. Bu dövrdə yerli sənaye transmilli şirkətlərin içində əriyirdi. Dövlət şirkətlərinə isə bizim istədiyimiz rəhbərlər təyin olunur və məqsədli şəkildə ziyana salınırdı. Sonunda bu şirkətlər ya bağlanır, ya da özəlləşdirmə adı ilə ucuz qiymətə bizə satılırdı.

 

“Kürd Dövləti Layihəsini” gerçəkləşdirmək üçün  təşkilat yaratdıq  

 

Özal sonda bu sistemin gerçəklərini görərək özünü kapitalizmin çarxlarının arasına atdı. Ailəsini və ətrafını zənginləşdirməyə başladı. Ölkə elə bir vəziyyətə gəlib çıxdı ki, artıq Özalın ətrafından şahzadələr peyda olmağa başladı. Onda biz, “ölkə monarxiya dövrünə geri qayıdır”, – deyə düşündük. Əslində hər şey komediya imiş. Hər nə isə, ölkə vətəndaşlarının fikrini öyrənmək üçün Özalın kürd dövləti haqda danışmasını istədik. Kürd dövləti layihəsini həyata keçirmək üçün “…..” (Rokfeller həmin təşkilatın adını çəkmir – red.) adında təşkilat yaratdıq. Bu təşkilatla mübarizə aparmaq ölkə iqtisadiyyatına çox böyük zərər verdi və hazırda Osmanlıdan qalan bir ovuc torpaqlarda varlığını davam etdirən Türkiyə bizim hər bir istəyimizi qəbul edəcək vəziyyətə salındı. Zənnimcə, yaxın gələcəkdə torpaqlarından bir qədər, bir müddət sonra isə bizim üçün hələ də keçərli olan Sevr müqaviləsi çərçivəsində bütünlüklə fədakarlıq etmək məcburiyyətində qalacaq.

 

Türkiyə haqqında bir az da danışmaq istəyirəm; çünki dünyadakı ən strateji mövqedəki ölkədir və bizim üçün çox önəmlidir. Səbəblərinə gəlincə:

 

İslamiyyəti Türkiyəni yıxmaqla başlamalıyıq

 

Birincisi, Böyük İsrail dövləti torpaqlarının su qaynaqlarının önəmli bir qismi hazırda Türkiyəyə aiddir. İkincisi, Türkiyə müsəlman və demokratik bir ölkə kimi böyük nüfuza malikdir. İslamiyyəti yıxmaq istəyiriksə, əvvəlcə Türkiyədən başlamalıyıq. Üçüncüsü, Avropa və Asiya arasında körpü rolunu oynayır. Neft-təbii qaz kimi yeraltı sərvətlərə sahib Yaxın Şərq və Qafqaza hakim olmaq istəyiriksə, bu ölkə ovcumuzun içərisində olmalıdır. Yaxın Şərq demək olar ki, əlimizdədir. Qafqaz və Mərkəzi Asiyadakı digər türk dövlətləri isə yaxın gələcəkdə zərbələrlə qarışıqlığa boğulacaq və ovcumuzun içinə düşəcək.

 

Bu türklər əslində birləşib bir araya gəlsələr, qarşılarında heç bir güc dura bilməz. Ona görə də belə bir hadisənin baş verməməsi üçün agentlərimiz hər an tətikdə gözləyir. Türk dövlətlərindəki adamlarımız liderlər arasında ən kiçik bir yaxınlaşma sezdikdə anında birliyə mane olan hadisələr və zərbələr törətməklə bunun qarşısını alırlar.

 

Dördüncüsü, Türkiyə bor mədənləri baxımından dünyanın ən zəngin ölkəsidir və bu sərvət yaxın gələcəkdə neftdən daha vacib bir hala gələcək.

 

Beşincisi və bəlkə də ən vacibi isə türklər mədəniyyətin beşiyidir. Onlar e.ə. 4000-ci illərdə Orta Asiyada baş verən böyük bir fəlakətdən sonra yaşadıqları yerləri tərk edib, Mesopotamiyaya və Rusiyadan keçməklə Avropaya gələn Aryanlar, yəni dünyadakı ən ali irq olaraq qəbul etdiyimiz Arilərdəndir. Avropadakı finlər, macarlar kimi bəzi millətlər də türk kökənlidir. Həmçinin Anadoluda böyük sivilizasiya quran hititlər və assurluların da türk kökənli olma ehtimalı yüksəkdir.

 

Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə bilməzdik

 

Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə bilməzdik, bu mirasa əl qoymalıydıq. Tam əksinə, min bir yolla bu mədəniyyətə əl qoyaraq onları bütün dünyaya barbar, haqq-hüquq tanımayan bir cəmiyyət kimi tanıtdıq və bunda da çox uğurlu olduq. Bu gün tək Tanrılı bir toplum olan Türkiyədə bizim səylərimiz nəticəsində rüşvət, oğurluq, fahişəlik baş alıb gedir. Əslində insanlar tarix kitablarını açıb oxusalar, bütün həqiqətləri görəcəklər. Ancaq insan oğlu üçün eşitdiklərinə inanmaq yetərlidir. Oxumaq çox çətin gəlir. Mən də o ana qədər ən mədəni ulus olaraq ingilisləri görürdüm. Amma yanıldığımı öyrəndim.

 

Osmanlını yıxmaq çətin olmadı

 

Sizə tarixdən örnəklər verərək gücümüzü göstərmək istəyirəm. Birinci Dünya müharibəsi Avropada bizə qarşı olan imperiyaları dağıtmaq və ən vacibi Osmanlını parçalayaraq Yaxın Şərqdəki neft yataqlarını ələ keçirmək, İsrail dövlətinin yolunu açmaq üçün başladılmışdı. İsrailin qurucusu sayılan Teodor Herlz o zamankı Osmanlı sultanı II Əbdülhəmidlə görüşərək, bizim ailəmizin dəstəyi ilə Fələstin torpaqlarını satın almaq istədi. Lakin sultan buna qarşı çıxdı. Bizim üçün Osmanlı imperiyasını yıxmaq çox da çətin olmadı. Çünki sultanlar əsasən, türk qadınları yerinə fəth etdikləri ölkələrdən kölə olaraq gətirdikləri başqa din və irqlərə mənsub qadınlarla evlənirdilər. Təbii ki, Hürrəm sultan kimi bu qadınlar da zamanla ölkə idarəetməsində söz sahibi oldular və ölkəni məhvə götürən bir şəkildə idarə etməyə başladılar. Sultanlar isə dövlət idarəsinin əmin əllərdə olduğu düşüncəsi ilə zövq və səfaya dalmışdılar. Bu da Osmanlının çökmə dövrünü başlatdı. Mason təşkilatları tərəfindən insanların çıxardığı üsyanlarla torpaqlar itirilməyə başladı. Xəzinə plansız xərcləmələrlə tükəndi. Müharibənin sonunda hədəfimizə çatmağa çox az qalmışdı. Amma Atatürk adında bir lider ortaya çıxaraq planlarımızı bir müddətə təxirə salmağa səbəb oldu. Təbii ki, sonda yenə də bizim sərmayə və silah sənayesi şirkətlərimiz onların sərvətlərini dəfələrlə mənimsədilər…

Müəllif: İlham Sahiloğlu
Previous Post

Əsrin etirafı: Rokfeller Türkiyəni necə çökdürdüklərini açdı

Next Post

Əfv sərəncamının icrası başa çatdı

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post

Əfv sərəncamının icrası başa çatdı

Əfv sərəncamının icrası başa çatdı

Son xəbərlər

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

08 Avqust 2026 - 11:42
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

08 Avqust 2026 - 11:24
Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55
Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

08 Avqust 2026 - 10:39
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.