Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun “məhkəməsi” keçirilib.
Elchi.az xəbər verir ki, “məhkəmə”nin qərarına əsasən H.Axundovun həbs müddəti daha 3 ay müddətinə uzadılıb.
“Məhkəmə” iclası bağlı qapılar arxasında keçirilib.
Qeyd edək ki, hərbçimizin məhkəməyə gətirilməsi görüntüləri də yayılıb.
Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Elchi.z - a...




















Son şərhlər