"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ərzağın bahalaşması, evlərin ucuzlaşması nə vaxtadək davam edəcək?

24 Noyabr 2015 - 12:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Payız bir də gəlməyəcək – ELEGİYA

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

 
Demək olar ki, hər gün ərzaq məhsullarının qiymətinin bahalaşması, mənzil, maşın, məişət texnikası və qızıl kimi qeyri-ərzaq məhsullarının isə ucuzlaşması tendensiyası davam edir. 2015-ci ilin oktyabrında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər sentyabrla müqayisədə 1,02 faiz düşüb. Bunu “Trend”ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Avropa.info musavat.com-a istinadən bildirir ki, onun sözlərinə görə, ümumilikdə ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 23,6 faiz ucuzlaşıb. N.İbrahimov qeyd edib ki, qiymətlərin ucuzlaşması mənzil bazarında da müşahidə edilir: “Ay ərzində təkrar mənzil bazarında qiymətlər 3,1 faiz ucuzlaşıb. İlin əvvəli ilə müqayisədə ucuzlaşma 24,6 faiz təşkil edib. Oktyabrda ilkin mənzil bazarında qiymətlər 1,2 faiz ucuzlaşıb. İlin əvvəlindən qiymətlər 26,7 faiz ucuzlaşıb”.

Ekspert əlavə edib ki, sentyabr ayı ilə müqayisədə mənzil bazarında qiymətlər 2,1 faiz ucuzlaşıb. İlin əvvəlindən isə mənzil bazarı 26 faiz ucuzlaşıb. Onun sözlərinə əsasən, mənzil kirayəsi bazarında qiymətlər ay ərzində 3,9 faiz ucuzlaşıb – 1 kvadratmetrə görə 8,98 manatdan 8,63 manatadək: “İlin əvvəlindən mənzil kirayəsi bazarında qiymətlər təqribən 16 faiz ucuzlaşıb”.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsulları 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb. Məlumatda 2015-ci ilin III rübündə yerüstü tikililər üzrə qiymətlər 0,1 faiz, yol tikintisi üzrə qiymətlər 0,3 faiz bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz bahalaşıb. Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2 faiz, 6 və daha çox mərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,1 faiz, o cümlədən inzibati tikililər üzrə 0,3 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1 faiz bahalaşmış, sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,4 faiz ucuzlaşıb.

Maraqlıdır, ərzaq məhsullarının bahalaşması, daşınmaz əmlakın isə bu qədər ucuzlaşmasına səbəb nədir və bu tendensiya nə vaxta kimi davam edəcək?

İqtisadçı ekspert Qadir İbrahimli ərzaq məhsullarının qiymətinin artma, daşınmaz əmlakın isə ucuzlaşması tendensiyasının yaxın 2-3 ilədək davam edəcəyini bildirdi: “Bu, böhran dövrünün əlamətləri, ilkin simptomlarıdır. Böhran dövrlərində birmənalı olaraq ərzaq məhsulları bahalaşır, qeyri-ərzaq məhsulları- daşınmaz əmlakdan tutmuş məişət texnikasına, geyim əşyalarına qədər-ucuzlaşmaya meylli olur. Çünki böhran dövründə ailələr büdcələrini daha çox ərzaq məhsullarının alınmasına yönəldirlər. Buna görə də qeyri-ərzaq məhsullarının alınması arxa plana keçir. Bu da ona qeyri-ərzaq bazarında alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır ki, belə olan təqdirdə qiymətlərin ucuzlaşması mütləqdir. Eyni zamanda ərzaq məhsulları, yəni gündəlik tələbat, insanların yaşaması üçün lazım olan ərzaq məhsullarının qiyməti artır. Bu da tam təbii bir prosesdir. Biz bu prosesi təxminən bir il qabaq formalaşdırmışdıq ki, yaxın illərdə Azərbaycanda qeyri-ərzaq, xüsusilə də daşınmaz əmlak, məişət texnikası, avtomobil bazarında qiymətlər ucuzlaşacaq. Ərzaq bazarında isə bunun əksi olaraq qiymətlər bahalaşacaq. Yəni bu tendensiya xüsusi olaraq Azərbaycanda baş verir. Bu, böhranın ilkin dövrünün simptomlarıdır”.

Ərzaq məhsullarının bahalaşması və daşınmaz əmlakın ucuzlaşmasının nə vaxta qədər davam edəcəyinə gəlincə isə iqtisadçı ekspert bunun bir neçə il davam edə biləcəyini dedi: “Ölkədəki iqtisadi tənəzzül minimuma enəndə bu proses əksinə davam edəcək. Yəni hələ ki tənəzzül davam edir və üzü aşağı gedir. Ərzaq məhsullarının qiymətinin bahalaşması tendensiyası isə yaxın aylarda, hətta yaxın 2-3 il ərzində də davam edəcək. Bu vəziyyət ölkə iqtisadiyyatı krizisdən çıxanadək davam edəcək. Yalnız ölkədə yeni iqtisadi inkişaf tendensiyası müşahidə ediləndə bu proses əksinə baş verir”.

Previous Post

Ərzağın bahalaşması, evlərin ucuzlaşması nə vaxtadək davam edəcək?

Next Post

TV-lərin `qara siyahı`sında kimlər var?

Bənzər yazılar

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51

Dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, siyasi partiyaların fəaliyyətində iştirakı və xarici səfərləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Elchi.az...

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25

Bəzən bir telefon zəngi adamı illər əvvələ aparır. Sanki telefonun o biri başından gələn səs bir xəbər gətirmir, keçmişdən bir...

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

25 Sentyabr 2026 - 11:56

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir. Müdafiə Nazirliyindən Elchi.az-a verilən xəbərə görə,...

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16

Kolumbiya hökuməti İranla diplomatik əlaqələrin rəsmən dayandırıldığını elan edib. Elchi.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi İranla əlaqələrin kəsilməsi...

Next Post

TV-lərin `qara siyahı`sında kimlər var?

TV-lərin `qara siyahı`sında kimlər var?

Son xəbərlər

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

25 Sentyabr 2026 - 17:00
İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

25 Sentyabr 2026 - 16:50
“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə saziş COP31-də imzalanacaq

“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə saziş COP31-də imzalanacaq

25 Sentyabr 2026 - 16:44
Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

25 Sentyabr 2026 - 16:38
“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

25 Sentyabr 2026 - 16:25
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

25 Sentyabr 2026 - 16:17
Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

25 Sentyabr 2026 - 16:10
Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

25 Sentyabr 2026 - 16:03
Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08
Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

25 Sentyabr 2026 - 15:00
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

25 Sentyabr 2026 - 14:52
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 Sentyabr 2026 - 14:30
Formula 2-nin birinci əsas yarışı başladı

Formula 2-nin birinci əsas yarışı başladı

25 Sentyabr 2026 - 14:14
Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.