"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Ərk” BMT-də status aldı: İran “qalın dosye” ilə üz-üzə – Təbrizi

09 Noyabr 2021 - 15:09
in GÜNDƏM
FacebookVatsap

Hüquq müdafiəçisi, “Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyətinin məsulu Jalə Təbrizinin Axar.az-a müsahibəsi:

Bunu da oxuyun

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

– Rəhbərlik etdiyiniz Azərbaycan İnsan Haqları Cəmiyyətinə bir müddət əvvəl BMT-nın İqtisadi və Sosial Şurası (ECOSOC) yanında məsləhətçi statusu verilib. Bu uğuru əldə etməyiniz yəqin ki, asan başa gəlmədi…

– “Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti 2010-cu ildə Fransada yaşayan azərbaycanlılar tərəfindən quruldu və bu da Fransa qanunlarına əsaslanaraq bir qeyri-hökumət təşkilatı kimi rəsmi surətdə qeydiyyata alındı. Cəmiyyət ilk adı – “Azərbaycanlıların Demokratik Tələbləri üzrə Mədəniyyətini Qoruma Cəmiyyəti” ilə işə başladı və əsas hədəfi Urmu gölünün qurudulmasına qarşı kampaniya aparmaq idi. Elə bu illərdə azərbaycanlı fəallara qarşı amansız həbslər bizi “Ərk”in fəaliyyət dairəsi və statusunu genişləndirməklə bağlı qərar verməyə məcbur etdi. Beləcə insan haqlarını müdafiə etmək də gündəliyimizə gəldi. BMT-yə müşavirlik niyyəti ilə lazım olan sənədlər 2014-cü ildə təqdim olundu. Dosyemiz İqtisadi və Sosial Şurada (İqSoŞ) ildə iki dəfə, bütün müraciətlər kimi, səsverməyə çıxarılırdı. Lakin hər dəfə müraciətimizə qarşı İran, yaxud onların dəstəkçi dövlətləri tərəfindən suallar ünvanlanırdı. Bu suallar ümumiyyətlə yersiz və sadəcə gecikdirmə taktikası idi, ümid edirdilər ki, bir gün biz yorulub, geri çəkiləcəyik. Bu cəmiyyət ötən 7 il ərzində onlarla hüquqi və siyasi suallar ilə ələkdən-xəlbirdən keçirildi və nəhayət, öz haqqını aldı. Bu sual-cavablar özü İqSoŞ üzvləri və qərarvericilərinin İrandakı Azərbaycan-türk millənin varlığını tanımasına vasitə oldu. Bu il, 6 ay ərzində BMT-nin 3 orqanından cəmiyyətimiz müsbət səs ala bildi. Son nəticə 2021-in sentyabrında baş tutdu və cəmiyyətimiz İqSoŞ (ECOSOC) statusu qazana bildi. Bunun nəticəsində İqSoŞ-un 48-ci iclasında iştirak etmək üçün çağırıldıq. Bununla birgə cəmiyyətin rəhbərini BMT təbrik etdi və veb-səhifələrində rəsmi surətdə “Ərk”in statusu dərc olundu.

– Bu statusdan sonra cənubi azərbaycanlıların haqlarının pozulmazıyla bağlı məqamların diqqətə çatdırılması üçün hansı effektiv imkanlar yaranacaq?

– İlk başda iki mövzunu qeyd etmək istərdik. BMT-nin İqSoŞ-u 6 başlıca qurumdan biridir. BMT-nin Konstitusiyasının 10-cu fəsli İqSoŞ-un funksiyasına həsr edilib və iqtisadi və sosial məsuliyyəti onun üzərinə qoyulub.

İqSoŞ öz mandatını yerinə yetirmək üçün təkcə qeydiyyata aldığı qurumlar ilə məsləhətləşir. İqSoŞ-a məsləhətçi status alması “Ərk” cəmiyyətini beynəlxalq aləmdə rəsmiləşirdi. Biz İqSoŞ-un və BMT-nin İnsan Haqları Şurasının və başqa orqanların iclaslarına qoşula bilərik – Cenevrədə, Vyanada və ya Nyu Yorkda… Bu iclaslarda İranın insan haqlarını tapdalamasından başlayaraq, iqtisadi, ictimai, mədəni, təhsil və başqa məsələləri qaldıra bilərik. “Ərk”in haqqı var ki, BMT iclaslarına təmsilçi göndərsin, iclasların gündəmi üzrə mövzuların müzakirəsinə qoşulsun və çıxış etsin. Əslində məhdud ölçüdə bu işləri, qismən də olsa, “Ərk” illərdir yerinə yetirir və azərbaycanlıların hüquqlarının tapdalanmasını İrana qarşı dosyelərdə əks etdirir. Bu gün bizim imkanlarımız daha açıqdır və Azərbaycana qarşı hər haqsızlığı BMT-də ortaya qoymağa meydan var. Hədəfimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır. Bizə verilən status əslində BMT-də Azərbaycan nümayəndəsi kimi də anlaşıla bilər. İlk dəfədir ki, bir azərbaycanlı QHT BMT-nin məsləhətçi səlahiyyətinə çatır və arzu edərdik ki, bu da İranın çoxmillətli ölkə olmasının təsdiqi olsun.

– BMT əvvəl azərbaycanlıların haqlarına barmaqarası yanaşırdı. Sizcə, hazırda situasiya dəyişibmi?

– Əlbəttə ki, bizim durumumuz indi dəyişmək üzrədir. İndi son durum bizdən asılıdır. Bildiyiniz kimi, BMT dövlətlərin təmsilçilərindən təşkil edilib. Eləcə də BMT-nin çeşidli qurumları QHT-lərə də meydan açır ki, öz millətlərini müdafiə etsin və hakim dövlətlərin siyasətlərini tənqid etsin. Biz mütəmadi olaraq BMT-dən tələb etmişik ki, azərbaycanlıların insan haqlarından cavabdeh olsunlar. Artıq İran İslam Respublikası insan haqlarının bir qalın dosyesi ilə üzləşir.

– Sizcə, Güney azərbaycanlıların haqlarının qorunması üçün BMT-də azərbaycanlılarla bağlı xüsusi layihə qəbul olunmasına ehtiyac varmı?

– Məncə, BMT hər millətin tələbatı üçün bir qərar, ya qətnamə qəbul edə bilməz, lakin əslində, bu tipdə ümumi qərarlar olub. Misal üçün, Milli, etnik, dini və dil azlıqlara mənsub olan fərdlərin haqları uğrunda 18 dekabr 1992-ci tarixli qətnamə, Uşaq haqları konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiya və s. Bunlar insanları qorumaq üçündür, elə bizim millətin də haqlarına şamildir. Biz bunlara istinadən öz işlərimizi yerinə yetiririk. “Ərk” cəmiyyəti 11 ildir ki, iş aparır və hər fürsətdə İranın çoxmillətli və çoxməzhəbli olduğunu durmadan vurğulayır. Hələ yeri gəldikdə qeyri-farslara gərəkən yardımı da etmişik, misal üçün, ərəblərə, bəluçlara, yaxud öz türkmənlərimizə və qaşqaylarımıza. BMT-yə və Xüsusi Məruzəçiyə verdiyim raport nəticəsində onların növbəti raportlarında millətlərin və etniklərin haqlarının tapdanması da qeyd olunur. İndi “Ərk”in israrla istədiyi ana dilində təhsilin rəsmiləşməsi, eləcə də qeyri-fars millətləri və etniklərə qarşı hər bir ayrı-seçkiliyin aradan qaldırılmasıdır. BMT-nin və Baş katibin, onun İran üzrə Xüsusi Məruzəçisinin raportları bu kimi məsələləri qeyd edirlər. Biz indiyədək ən azı BMT-nin 35 iclasına qoşulmuş və çıxışlar etmişik. Yüzlərlə raportlar və özətçələr buraxmışıq ki, bunların detallarını qeyd etməyə zərurət görmürük.

Onu da əlavə edim ki, son 11 ildə Ərk İnsan Haqları Cəmiyyəti İran Azərbaycanında 1600 mülki məhbusun azadlığa buraxılmasını müdafiə edib və onların işini BMT-yə göndərib.

– Və son olaraq Azərbaycan xalqının “Bölünmüş xalq statusu” almasını gündəmə gətirmək istəyirsinizmi?

– Milli bütövlük hər bir azərbaycanlının ürəyindədir, lakin bu məsələ nə qədər önəmli olsa da, siyasi məsələdir və bir insan haqları təşkilatının imkanları xaricindədir. Buna baxmayaraq, quzeyli və güneyli azərbaycanlıların birgə, yaxud çiyin-çiyinə fəaliyyətləri BMT-də uğurlu ola bilər və siyasi fəalların işlərini irəli aparar.

Previous Post

“Ərk” BMT-də status aldı: İran “qalın dosye” ilə üz-üzə – Təbrizi

Next Post

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Bənzər yazılar

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev...

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Next Post
Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Son xəbərlər

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

06 Oktyabr 2026 - 18:50
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.