"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Ərdoğan Avropa Birliyini ”xristian klubu” adlandırmaqla haqlıdır”

26 Noyabr 2016 - 08:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

 “Ərdoğan Avropa Birliyini ”xristian klubu" adlandırmaqla haqlıdır"Politoloq: “Aydın oldu ki, Brüssel Türkiyənin Avropa İttifaqına üzv olmasını sadəcə, istəmir”

Avropa Parlamentinin bir gün fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır. Bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov deyib. “Avropa Parlamenti Avropa Birliyi üçün önəmli olan iki ölkə ilə bağlı qərarlar qəbul etdi. 
Bu dargörüşlülüyün nəticəsidir. Moskva və Ankaranın bir-birinə yaxınlaşması üçün bundan daha yaxşı fürsət yoxdur”, – Rusiya rəsmisi qeyd edib (Axar.az) Xatırladaq ki, Rusiya KİV-ləri ilə bağlı qətnamə qəbul edən AP bir gün sonra Türkiyənin AB üzvlüyü ilə bağlı danışıqları dondurmaq barədə qərar qəbul edib.
Qeyd edək ki, keçən il də Avropa Parlamenti plenar sessiyasında Türkiyə ilə bağlı qətnamə qəbul etmişdi. Sənəddə ölkənin məhkəmə sistemi və KİV-dəki vəziyyət tənqid edilir, eyni zamanda Türkiyə hökuməti söz azadlığına əməl etməyə çağırılırdı. Azərbaycanla bir illik “soyuq müharibə”dən sonra münasibətlərini bərpa edən AP indi də Türkiyənin üzünə qapıları bağlamaq siyasəti yürüdür. Özü də bu, Türkiyənin hər tərəfdən, həm də öz daxilində terrora, xain hücumlara məruz qaldığı, ölkənin faktiki olaraq təkbaşına antiterror əməliyyatları apardığı, şəhidlər verdiyi zamana təsadüf edir. Bir il əvvəl Rusiya ilə gərgin münasibətlər yaşayan Türkiyə ilə olduqca yüksək əlaqələr quran, vizasız gediş-gəlişə “yaşıl işıq” yandıracağını, suriyalı 3 milyonluq qaçqına 3 milyard avroluq təzminat vəd edən Avropa indi heç bir öhdəliyinə əməl etmədiyi halda, birmənalı şəkildə Türkiyəni ittiham edir. “Erməni soyqırımı” kartından Türkiyəyə qarşı istifadə edən Avropa indi də başqa bəhanələrə əl atıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a açıqlamasından bəlli oldu ki, bu gərginliyin yaranmasının günahkarı Türkiyə deyil: “Rəcəb Təyyub Ərdoğan 2000-ci illərin əvvəllərində Türkiyənin baş naziri seçildikdə Avropa İttifaqı ilə sıx dialoq qurdu. Avropa İttifaqının Ərdoğan hökumətinə münasibəti də müsbət idi. Brüssel AKP-nin siyasi və iqtisadi sahədəki islahatlarını dəstəkləyirdi. Ancaq getdikcə Ərdoğan Türkiyə daxilində hakimiyyətini gücləndirdi və bu, Avropa İttifaqında qıcıq oyatmağa başladı. Vaxtilə aktiv olan danışıqlarda tədricən fasilə yarandı. Ərdoğan və onun hökumətinə qarşı tənqidin miqyası artdı. Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd Ankaranın Avropa İttifaqı ilə münasibətlərini daha da gərginləşdirdi. Ankaranın xoşuna o gəlmədi ki, Brüssel hərbi çevrilişi anında pisləmədi, Türkiyə parlamentinin bombalanmasıyla bağlı gecikmiş açıqlama verdi. Bunun qarşılığında isə Avropa İttifaqı Türkiyə daxilindəki həbsləri pislədi və s. Aydındır ki, bu şəraitdə Brüssel Türkiyəyə vəd etdiyi vizanın sadələşdirilməsi prosedurunu işə salmayacaq. Halbuki Brüssel Türkiyənin başı üzərində Latın Amerikası ölkələrinin vətəndaşları üçün vizaları sadələşdirib”.
E.Şahinoğlu Brüsselin ikili standartlardan çıxış etdiyi qənaətindədir: “Avropa İttifaqının bir sıra rəsmiləri açıq deyirlər ki, nə qədər ki, Ərdoğan Türkiyəyə rəhbərlik edir, Ankara ilə dialoq mümkün deyil. Ancaq məgər 50 ildə Türkiyənin rəhbəri Ərdoğan olub? Mən şübhə etmirəm ki, Türkiyədə hakimiyyətdə Ərdoğanın yerində liberal düşüncəli tam demokrat bir prezident və hökumət olsaydı, Brüssel Türkiyəni Avropa İttifaqına üzv etdirməmək üçün yenə hansısa bəhanə tapacaqdı. Məsələn, Ərdoğan keçmiş illərdə Brüsselin bir çox şərtlərini yerinə yetirdi. Ancaq hər yerinə yetirilən şərtin yerinə daha ikisi əlavə olundu. Ona görə də aydın oldu ki, Brüssel sadəcə, Türkiyənin Avropa İttifaqına üzv olmasını istəmir”.
 
Politoloq hesab edir ki, R.T.Ərdoğan Avropa İttifaqını “xristian klubu” adlandırmaqla hardasa haqlıdır:“Türkiyənin başı üzərindən Şərqi Avropa, Baltikyanı və Balkan ölkələrini Avropa İttifaqına üzv qəbul etdilər. Halbuki, bu dövlətlərin içində Avropa İttifaqının kriterlərinə cavab verməyən dövlətlər var idi. Yəni Brüssel istəyəndə heç kriter məsələsini ön planda tutmur. Avropa Parlamentinin Türkiyə əleyhinə qətnaməsi gözlənilən idi. prezident Ərdoğan Avropa Parlamentinin qətnaməsindən əvvəl də Rusiyanın baş rol oynadığı alternativ qurumlara maraq göstərirdi. Rusiya siyasətçiləri açıq deyirlər ki, Avropa Parlamentinin qətnaməsi Türkiyəni Rusiyaya daha da yaxınlaşdırır”.
Ekspertin fikrincə, Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına marağı bundan sonra daha da artacaq: “Mümkündür ki, yaxın müddətdə Ərdoğanın bu mövzuda rusiyalı həmkarı Putinlə danışıqları da olsun. Ancaq məsələ ondadır ki, hazırda Türkiyənin sənaye malların üçün əsas bazar Avropadır. Ona görə də Ankara Avropa İttifaqı ilə üzvlük danışıqlarını durdursa da, Avropa bazarından imtina etməyəcək. Ancaq o da mümkündür ki, Ərdoğan daha öncə vəd etdiyi ”Avropa İttifaqı ilə üzvlük danışıqlarını davam etdirək, yoxsa etdirməyək” sualı ilə bağlı əhali arasında referendum məsələsini aktuallaşdırsın. Bu halda o, Böyük Britaniyanın nümunəsindən istifadə edir. Bütün bu addımlar isə ilk növbədə Kremli sevindirir”.
Previous Post

“Ərdoğan Avropa Birliyini ”xristian klubu” adlandırmaqla haqlıdır”

Next Post

Türkiyə hərəkətə keçir: Putinin 5 rayon sözü…

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Türkiyə hərəkətə keçir: Putinin 5 rayon sözü...

Türkiyə hərəkətə keçir: Putinin 5 rayon sözü...

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.