"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əliyev Sərkisyanın üzünə “faşist” deyib

14 Avqust 2014 - 09:08
in MANŞET
FacebookVatsap

Əli Həsənov Soçi görüşünün şok detallarını açıqladı; Prezidentlərin Putinin yanındakı görüşündə sensasionimg1618385 məqamlar və söz dueli yaşanıb; Ermənilərin prezidentinin Soçidəki görüşə dair açıqlamalar verməsi Azərbaycan iqtidarını hərəkətə keçirdi; “Sarkisyan bizi vadar edir…”

Bunu da oxuyun

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

 

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibə verib. PA şöbə müdirinin sensasion məqamlarla dolan müsahibəsində üç prezidentin Soçidəki görüşünə dair mühüm və tarixi detallar açıqlanıb.

Müsahibədən o da aydın olur ki, PA sözçüsünün bu cür açıqlamalar verməsinə səbəb Ermənistan prezidentinin görüşdəki bəzi  detallardan danışmasıdır. “Yeni Müsavat” qəzeti müsahibədəki məqamların əhəmiyyətini nəzərə alaraq, onu manşetdən yayımlayır:

– Əli müəllim, prezidentlərin Soçi görüşündən sonra Ermənistan prezidenti Serj Sərkisyan görüşdə müzakirə olunan məsələlərlə bağlı bəzi açıqlamalar verib. Bu açıqlamalarda səslənən fikirlərə münasibətinizi öyrənmək istərdik.

– Təəssüf edirik ki, Serj Sərkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o, tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələri və Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır. Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşdən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri yenidən öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi isə yalnız Sərkisyan kimilər edə bilər.

“Prezident Əliyev Sərkisyana deyib: “Mübariz İbrahimov… təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürüb və özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərib və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb”

– Bir daha təəssüf edirik ki, Sərkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb. Məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya prezidentinə müraciəti yayılıb. Azərbaycan prezidenti görüşdə həmin müraciəti prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb. – Artıq Sərkisyan bunu edib. Odur ki, görüşdə müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirmək və müəyyən detalları dəqiqləşdirməyə ehtiyac duyulur. Bu haqda Azərbaycan ictimaiyyətinə nəyi söyləmək mümkündür?

Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan “təhlükəli diversant”lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə – valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, prezident İlham Əliyevin prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır.

Bundan başqa, Azərbaycan prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə prezident İlham Əliyev üzünü Sərkisyana tutaraq belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməyib. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil”. Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib.

Hətta görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq, belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdir. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil”.

 

Serj Sərkisyan əlbəttə, Azərbaycan prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları “Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə” günahlandırıb. Prezident İlham Əliyev isə cavabında Serj Sərkisyana xatırladıb: “Müharibənin öz qanunları var.

Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürüb və özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərib və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb”. Prezident İlham Əliyev Serj Sərkisyandan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib.

– Əli müəllim, Serj Sərkisyan öz çıxışında, eyni zamanda, ermənilərin son diversiya hərəkətləri vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə “öz gücünü” nümayiş etdirdiyini bildirib və erməni xalqını sanki bu “faktla” sakitləşdirməyə cəhd göstərib. Bununla bağlı nə deyə bilərsiniz?

– Sərkisyan əlbəttə ki, bu günlərdə baş verən təxribat-diversiya nəticəsində Ermənistanın işğalçı ordusunun itkilərini bilərəkdən gizlətməyə çalışır və bu faktı ört-basdır etmək istəyir. Halbuki bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müyəssər olmayacaq. Məsləhətdir ki, Serj Sərkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son bir ildə ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar.

“Yeni Müsavat”

 

 

Previous Post

Əliyev Sərkisyanın üzünə “faşist” deyib

Next Post

Bakıda marşrut avtobusu aşıb, ölən və yaralananlar var

Bənzər yazılar

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00

ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerini dəyişmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, o, argentinalı Lionel Messi və...

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Elchi.az -ın məlumatına görə,...

Next Post

Bakıda marşrut avtobusu aşıb, ölən və yaralananlar var

Bakıda marşrut avtobusu aşıb, ölən və yaralananlar var

Son xəbərlər

Rodri İspaniya nəhəngi ilə anlaşdı

Rodri İspaniya nəhəngi ilə anlaşdı

22 İyul 2026 - 12:23
Ankarada təlim helikopteri qəzaya uğradı

Ankarada təlim helikopteri qəzaya uğradı

22 İyul 2026 - 12:13
Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik

Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik

22 İyul 2026 - 11:58
Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

22 İyul 2026 - 11:47
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Azərbaycanda ötən gün 108 axtarışda olan şəxs saxlanılıb

22 İyul 2026 - 11:40
Venesuela zəlzələlərində ölənlərin sayı artıb

Venesuela zəlzələlərində ölənlərin sayı artıb

22 İyul 2026 - 11:31
Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

22 İyul 2026 - 11:24
WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

22 İyul 2026 - 11:13
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

22 İyul 2026 - 10:59
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50
Ukrayna Baş Qərargah rəisi dəyişdirildi

Ukrayna Baş Qərargah rəisi dəyişdirildi

22 İyul 2026 - 10:43
ABŞ: İranla müharibənin dəyəri 37,5 milyard dollara çatıb

ABŞ: İranla müharibənin dəyəri 37,5 milyard dollara çatıb

22 İyul 2026 - 10:32
Tramp İranla müharibədə 18 ABŞ əsgərinin öldürüldüyünü açıqladı

Tramp İranla müharibədə 18 ABŞ əsgərinin öldürüldüyünü açıqladı

22 İyul 2026 - 10:25
Fransa 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edir

Fransa 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edir

22 İyul 2026 - 10:16
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb – VİDEO

FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb – VİDEO

22 İyul 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.