"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əflatun Amaşov Milli Məclisdə internet mediasının problemlərini gündəmə gətirib

01 Fevral 2017 - 20:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Əflatun Amaşov Milli Məclisdə internet mediasının problemlərini gündəmə gətirib

Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin iclasında mətbuatın, xüsusilə də, internet üzərindən yayımlanan media vasitələrinin üzləşdiyi bir sıra önəmli problemləri gündəmə gətirib. Eyni zamanda, Əflatun Amaşov informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində atılmalı olan addımlardan da bəhs edib.
 
Musavat.com Mətbuat Şurasının sədri Əflatun Amaşovun Milli Məclisdə etdiyi həmin çıxışın tam mətnini diqqətinizə çatdırır:
“Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına kifayət qədər əhəmiyyətli layihələr daxil edilibdir. Mən onlara səs verəcəm. İndi isə bəzi məsələlərlə bağlı öz təkliflərimi bildirmək istərdim.
Məlum olduğu kimi, internet üzərindən yayımlanan media vasitələrinin sayı günü-gündən artmaqdadır. Bu tendensiya təkcə Azərbaycan üçün xarakterik deyil. Dünyanın hər yerində ictimai fikir əsasən internet media vasitəsi ilə formalaşır. Lakin indiki durumda bu media orqanları hüquqi münasibətlər sistemində çıxış etmirlər. Bir sıra qanunlarda və dövlət sənədlərində internet ümumi şəkildə informasiyanın yayılma arealı, ictimaiyyətə çatdırılma vasitəsi kimi nəzərdə tutulsa da, bu, yetərli deyil. Hazırkı durumda internet media yaradanlar yaxşı halda Azərbaycan Respublikasının Vergilər Nazirliyində MMC kimi qeydiyyata düşürlər.
Əksəriyyət isə yalnız domen və hostinq əldə etməklə fəaliyyət göstərir. Belə olan halda onların fəaliyyətinin KİV kimi hüquqi münasibətlər sistemində, konkret olaraq məhkəmə müstəvisində mübahisələndirilməsi çətinlik yaradır. Buna görə də təklif edirəm ki, internet media müstəqil olaraq bilavasitə hüquqi münasibətlər sistemində çıxış eləsin.
Azərbaycanda media ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir, demokratik ruhludur. Ölkəmizdə mediaya sistemli dövlət qayğısı var. Bu qayğı prezident İlham Əliyevin söz və ifadə azadlığına verdiyi böyük dəyərdir. Bu dəyər hər zaman aktualdır. Buna görə də internet media ilə bağlı məsələ cəmiyyətdə geniş müzakirə olunmalıdır. Elə mexanizm yaradılmalıdır ki, onun tətbiqi mövcud söz və ifadə azadlığını heç vəch ilə məhdudlaşdırmasın.
Məqsəd məsuliyyət hissini artırmaq olmalıdır. Əgər kimsə yalnız domen və hostinq əldə etməklə internet media orqanı yaradıb kimlərinsə şəxsi həyatına müdaxilə edəcəksə, buna yol vermək olmaz. Yəqin bu sessiya müddətində mümkün olmayacaq amma istərdim ki, yaxın gələcəkdə bu məsələyə diqqət yetirək.
Bir müddət əvvəl internet medianın da dövlətimiz tərəfindən maliyyələşməsi məsələsini gündəmə gətirmişdim. Yenə də fikrimin üstündə qalıram. Çünki bu məsələ çox vacibdir. Düşünürəm ki, internet medianın hüquqi statusu müəyyənləşsə, biz saytların maliyyələşdirilməsi mexanizminin tətbiqində çətinlik çəkməyəcəyik.
Növbəti bir məsələyə də toxunmaq istərdim. Hörmətli Siyavuş Novruzov da öz çıxışında bilvasitə buna toxundu. Deyəcəklərim informasiya təhlükəsizliyi ilə bağlıdır. Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı müddəalar da yer alıb. Lakin həmin müddəalar ümumi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsi isə yaşadığımız dövr üçün aktual əhəmiyyət daşımaqdadır.
Kiber cinayətkarlıq və digər bu kimi hallar artıb. Üstəlik müharibə şəraitindəyik. Müharibə artıq özünün aparılma forma və üsullarını dəyişib. Çox zaman düşmən informasiya cəbhəsində fəallıq göstərir. Digər tərəfdən ümumən informasiya texnologiyaları sürətlə inkişaf edir. Bu sahədəki təhlükəsizliyin təmin edilməsi həm də insan hüquq və azadlıqlarının dərinləşməsi prosesinə töhfədir. Buna görə də hesab edirəm ki, biz fundamental əhəmiyyət daşıyan informasiya təhlükəsizliyi məsələsində xüsusi təşəbbüskarlıq göstərməliyik.
Daha bir məsələ ilə bağlı da fikirlərimi bildirmək istərdim. Bu gün ali məktəblərimizdə on minlərlə gənc təhsil alır. Aralarında ödənişli əsaslarla oxuyanlar daha çoxdur. Bu yaxınlarda bir qrup tələbə ilə görüşdüm. Problemlərini mənə anlatdılar. Məlum oldu ki, universitetlərin əksəriyyəti təhsil haqqını təhsil ili başlayanda, özü də bütövlüklə tələb edirlər. Bu isə tələbələri və onların valideynlərini sıxıntıya salır. Bəzi tələbələr təhsil haqqını bu üsulla ödəyə bilmədikləri üçün təhsillərini davam etdirə bilmirlər. Olmazmı ki, ali məktəblər bu məsələyə bir qədər anlayışla yanaşalar?
Fərqi yoxdur, dövlət, yaxud özəl ali məktəb olsun. Tələbələrin ailələrinin maddi vəziyyətini nəzərə alaraq təhsil haqqının hissə-hissə ödənilməsi ilə razılaşmaq lazımdır. Düşünürəm ki, bu mexanizmin tətbiqi vətəndaşlarımızı sıxıntıya salmazdı. Yəqin ki təhsil haqqında qanunvericilikdə elə etmək olar ki, istər dövlət, istərsə də özəl ali məktəblərdə bu məsələ özünün birdəfəlik həllini tapsın”.
Previous Post

Əflatun Amaşov Milli Məclisdə internet mediasının problemlərini gündəmə gətirib

Next Post

“Türkiyədə AZAL-ın təyyarəsinə bilet satmaqdan imtina halı olub”

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

“Türkiyədə AZAL-ın təyyarəsinə bilet satmaqdan imtina halı olub”

“Türkiyədə AZAL-ın təyyarəsinə bilet satmaqdan imtina halı olub”

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.