Zəlzələdən zərər görən Xoy əhalisi şəhər başçısının (fərmandar) onlara qarşı laqeydliyinə görə etiraz aksiyası keçiriblər.
Elchi.az xəbər verir ki, Xoy sakinləri şəhər başçısı Zəbiullah Kazimi Əthərin fəaliyyətindən narazı olduqlarını və onun vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.
Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...





















Son şərhlər