"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ziya Məmmədovun villasında gizli toplantı

03 Oktyabr 2015 - 11:08
in XƏBƏR LENTİ
FacebookVatsap
Ziya Məmmədovun villasında gizli toplantı
Oktyabrın 2-də qəzeti nazir oğlunun Qubanın Qəçrəş qəsəbəsindəki villasının yerlə-yeksan edildiyini yazıb

“Nəqliyyat kralı” “taxt-tacını” xilas etmək üçün hərəkətə keçib; Məmmədovların parlament seçkiləri ərəfəsində tam zərərsizləşdirilməsi indilikdə iqtidarın marağında deyil; nazirin yaxın çevrəsi bu vəziyyətdən itirilmiş mövqelərini bərpa etmək üçün istifadə edir; ortada isə 2005-ci ildən həbsdə olan Əli İnsanov “nümunəsi” var…

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən müəmmalı proseslər son günlər yenidən medianın əsas müzakirə mövzusunun çevrilib. Oktyabrın 23-dək  “əmək məzuniyyəti” götürən nazir son aylar ilk dəfə prezident İlham Əliyevin İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin toplantısında efirdə görünüb. Müşahidələrə görə, Z.Məmmədov son dərəcə məyus görünürmüş.
Taksilərə lisenziya verilməsinin nazirlikdən alınaraq ASAN Xidmətə verilməsi, onun himayəsində olan Bakı Beynəlxalq Avtovağzalına yeni rəis təyin edilməsi, paytaxtda sərnişin daşınmasının ondan alınması, ən nəhəng və gəlirli müəssisəsi olan “Azərbaycan Dəmir Yolları” QSC-nin müstəqil fəaliyyətə keçməsi  Məmmədov klanını son dərəcə sarsıdıb. Nazirin oğlunun ölkəni tərk etməsi barədə xəbərlərə isə “Garant Holdinq” artıq 1 həftədir ki, heç bir reaksiya vermir. Maraqlıdır ki, nazir oğluna yaxın saytlar da  bu məsələdə susqunluq nümayiş etdirirlər. Yeri gəlmişkən, oktyabrın 2-də “Unikal” qəzeti nazir oğlunun Qubanın Qəçrəş qəsəbəsindəki villasının yerlə-yeksan edildiyini yazıb…
Məlumata görə, Məmmədovların qürubu  onun siyasi-biznes rəqiblərini də son dərəcə sevindirib. Onlar da ölkənin ən iri oliqarxına çevrilən, ailə şirkəti olan “Garant Holdinq”lə iqtisadiyyatın ən müxtəlif və həm də ən gəlirli sahələrində əsas söz sahibi olan Məmmədovların tam məğlubiyyətini səbirsiziklə gözləyirlər. İddialar var ki, hakimiyyət daxilindəki rəqibləri Məmmədovlara və onların yaxın çevrəsindəki iş adamlarına ən müxtəlif üsullarla psixoloji təzyiq göstərir, hətta mediaya onların təlaş içində olduğu, qaçmaq istədikləri, Nəqliyyat Nazirliyinin, ümumiyyətlə ləğv ediləcəyi barədə xəbərlər sızdırırlar. Bu cür xəbərlər isə Məmmədovları daha da  əndişələndirir və çilədən çıxarır.
Məsələn, artıq eks-deputat hesab olunan nazir qardaşı  Elton Məmmədov çox ilginc bir açıqlama verib. E.Məmmədov  deyib ki, hər bir insan hansısa vəzifəyə təyin də oluna və vəzifədən çıxarıla da bilər: “Ziya Məmmədov bu gün vəzifəsindədir və cənab prezidentin ətrafında sədaqətlə xidmət edən nazirlərdəndir”. Nazir qardaşı xüsusilə “Ziya Məmmədov vurulur” ifadəsinin üzərində dayanaraq deyib: “ Kim vurulur? Ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər? Ədalətli olun…”
E.Məmmədov bəzi qurumların Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının ciddi müzakirə mövzusuna çevrilməsinə qəzəbini gizlətməyib: “Burada nə problem var ki? Ay nə bilim filan şey ayrıldı, filan qurum çıxarıldı… Bu saat elə müvafiq icra hakimiyyətləri var ki, bütün operatorları qıraqda müəyyənləşdirir, özü mərkəzi müvafiq icra hakimiyyəti olaraq nazir paketini özündə saxlayır. Bu tədbirlər dövlətin, infrastrukturların, idarəetmə sisteminin təkmilləşməsidir”.
Məmmədovların mediada əsas müdafiəçisi və sözçüsü hesab olunan eks-deputatın bu açıqlaması əslində rəqiblərinə təslim olmayacaqları mesajdır. E. Məmmədov  “kim vurulur? ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər?” deməklə rəqiblərinin onları sıradan çıxarmağa güclərinin çatmayacağını, son qərarın prezidentə məxsus olduğuna açıq işarə vurub.
Məlumatlara görə, Məmmədovlar da yaxın çevrələrinə nəqliyyat nazirinin “vurulmadığını”, hətta yaxın vaxtlarda baş nazir təyin ediləcəyi barədə xəbərlər ötürürlər. Nazirin yaxın ətrafı xüsusi olaraq bu cür “xəbərləri” nazir barədə elektron mediadakı  yazıların “şərhlər bölümü”ndə tirajlayırlar. İddia olunur ki, Nəqliyyat Nazirliyindəki struktur dəyişikliklərinin Z.Məmmədova təsiri yoxdur, çünki o, tezliklə baş nazir təyin ediləcək. Qeyd edək ki, yaxın vaxtlaradək Z.Məmmədovun adı həqiqətən də baş nazir postuna iddiaçılar sırasında ilk üçlükdə yer alırdı.
Məmmədovların parlament seçkiləri ərəfəsində tam zərərsizləşdirilməsi iqtidarın marağında deyil və bunun üçün uyğun  zaman lazımdır. Bu səbəbdən də nazirin yaxın çevrəsi itirilmiş mövqeləri bərpa etmək üçün ciddi müqavimət göstərirlər. Belə görünür ki, nazir onun bu qədər sıxışdırılmasını qəbul edə bilmir, inciyir. Avqusta yeni məzuniyyətdən qayıdan nazirin sentyabrda yenidən “məzuniyyət götürməsi” də daha çox bu inciklikdən doğur.
Məmmədovların müqavimət göstərdiyini daxil olan məlumat da təsdiqləyir.  Məzuniyyətdə olan nazir ölkəni tərk etməyib və Qazıqumlax kəndindəki malikanəsindədir. Xəbərdə iddia olunur ki, Z. Məmmədov kənddəki malikanəsində özünə yaxın iş adamlarının və yaxınlarının iştirakı ilə toplantı keçirib. Toplantının təfərrüatları bəlli olmasa da, nazirin bu görüşü keçirməklə özünə yaxın olan iş adamlarına “heç yerə getmirəm, yerimdəyəm” mesajını verməsi anlamına gəlir.
Uzun illərdir hakimiyyət daxilində ciddi siyasi və iqtisadi mövqe qazanmış Məmmədovların “müqavimət göstərmək” üçün həqiqətən də resursları var. Aydındır ki, “müqavimət” iqtidarın üzərinə “tankla” getmək  deyil.  Amma dirəniş göstərmək, bağ evlərində müəyyən gizli toplantılar keçirmək   Məmmədovlara daha pis gələcək vəd edə bilər.
Natiq Həziquliyev
Previous Post

Ziya Məmmədovun villasında gizli toplantı

Next Post

Azərbaycan Qarabağda lokal müharibəyə hazırlaşır?

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Azərbaycan Qarabağda lokal müharibəyə hazırlaşır?

Azərbaycan Qarabağda lokal müharibəyə hazırlaşır?

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.