"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ziya Məmmədov, ”qiyamçı” səfir və Abbas Abbasov…

19 İyun 2015 - 13:22
in MANŞET
FacebookVatsap

Qovulmuş səfir prezidentin ətrafını hədəf aldı; Arif Məmmədovla Abbas Abbasovun və nəqliyyat nazirinin yaxın münasibətləri haqda ilginc məlumatlar; sabiq səfirin atasına Nəqliyyat Nazirliyində kim vəzifə verib?; Avropa Oyunları ərəfəsində şəhər nəqliyyatındakı külli-miqdarda paydan məhrum edilən Məmmədovlar əsas vəzifə kürsüsünü də itirə bilərlər .

İslam Konfransı Təşkilatının Avropa Birliyindəki səfiri Arif Məmmədov postundan uzaqlaşdırılmasından sonra böyük siyasətə qoşulması barədə bəyanatına daha birini əlavə edib. Siyasət meydanına radikal müxalifətçi obrazında gələn Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Bunu da oxuyun

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

 
Arif Məmmədov sosial şəbəkələrdə paylaşdığı müraciətində bəzi KİV-lərdə səfirlərin dövlət başçısına qarşı sövdələşməsi ilə bağlı məlumatlara toxunub. Sabiq səfir  bu məlumatları “Prezident Administrasiyasındakı bir sıra məmurların uydurması adlandırıb: ”Provokasiya bu  adamların qadir olduğu yeganə şeydir. Onlar bütün Azərbaycan xalqına, ağıllı və qabiliyyətli insanlara nifrət edirlər, özlərinin səbatsızlığına bununla haqq qazandırmağa çalışırlar. Cənab prezident, cəsarətli qərarlar qəbul etmək və ölkəni bu çirkabdan təmizləmək lazımdır. Bu adamları Azərbaycan xalqı sevmir. Onlar sizin imicinizə zərbə vurur, dünyada ölkəmiz haqqında mənfi imic yaradırlar. Bu adamlar ölkənin xərçəng şişidir. Siz onları yaxşı tanıyırsınız. Bu cür adamlar sizin komandanızdakı sonuncu yaxşı kadrlara hücum edirlər”.
Arif Məmmədov ad çəkmədən bildirir ki, həmin məmurlar xarici işlər naziri başda olmaqla, ən yaxşı diplomatları hədəfə alıblar: “Siz təcili qərarlar qəbul etməsəniz, onlar dayanmayacaqlar. Azərbaycan xalqı Sizin doğru qərar verəcəyinizə inanır”. 
Qeyd edək ki, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün qarşıdakı 10 ili əhatə edən proqram üzərində işlədiyini bəyan edən A.Məmmədov bir neçə gün əvvəl prezidentliyə namizəd olacağını da açıqlamışdı.
“Yeni Müsavat” ötən saylarında Arif Məmmədovu müxalifətçiyə çevirmək planı olduğu barədə bir neçə məqalə yazıb. Yazılarda vurğulanırdı ki, A.Məmmədovun “İbrahimbəyov ssenarisi” kimi, əvvəl ayrı-ayrı məmurları, sonra dövlət başçısının ətrafını, nəhayət, prezidenti hədəfə alacağı gözləniləndi. A.Məmmədov addım-addım “müxalifətçilik yolunda” irəliləyir… 
O, “İbrahimbəyov variantına” – yəni onu canı-dildən müdafiə edən Milli Şuraya həmsədrliyə gətiriləcəyi və Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla çox yaxın münasibətləri olması barədə xəbərlərə nədənsə reaksiya verməyib. Halbuki ölkə mediasını diqqətlə izləyən sabiq səfir barəsində yazılan ən xırda detallara dərhal öz şəxsi facebook səhifəsində reaksiya verməyə çalışır. Bu dəfə isə nədənsə susur və Abbas Abbasov da hələ ki  özünü “ələ vermir”.
A.Məmmədovla A.Abbasovun və nəqliyyat naziri Ziya Məmmədovun  yaxın münasibətləri haqda daha ilginc məlumatlar da var. 
Belə ki, Arif Məmmədovun atası Zahid Məmmədov uzun illər Abbas Abbasovun himayəsi altında işləyib. Əslən Gürcüstandan olan Zahid Məmmədov Gəncə Alüminium Zavodunda sex rəisi vəzifəsini tutub, Abbas Abbasov isə həmin zavodun direktoru olub. Səfirin atasının 1989-1991-ci illərdə Gəncə Lokimotiv Deposunun rəisi vəzifəsində işləyən indiki nəqliyyat naziri Ziya Məmmədovla da dostluğu o zamandan yaranıb.
 
Bu dostluq uzun illər davam edib. Ziya Məmmədov nazir təyin olunan zaman Zahid Məmmədovu işlədiyi Gəncə Ət Kombinatından işdən çıxarıblar. Ziya Məmmədov dostunu dəstəksiz buraxmayıb. Onu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə məsul vəzifəyə gətirib. Zahid Məmmədov xeyli müddət Z.Məmmədovun rəhbərlik etdiyi nazirlikdə məsul vəzifədə çalışıb. 
Qeyd edək ki, Ziya Məmmədovla Abbas Abbasovun yaxın dost və biznes ortağı olması yeni informasiya deyil. 2013-cü il prezident seçkisi ərəfəsi Kremlin yaratdığı “Milyarderlər İttifaqı”nın əsas siması olan Abbas Abbasov təkcə özünü deyil, onunla yaxın münasibətləri olan Telman İsmayılovu, eləcə də bu ikilinin yaxın dostu Ziya Məmmədovu da hər hansı formada, ittifaqa qoşmağa cəhdlər göstərmişdi.
A.Abbasovla Z.Məmmədovun prezident seçkiləri ərəfəsi telefon danışıqlarının deşifrə olunması barədə mətbuatda yayılan iddiaları nə nazir, nə A.Abbasov təkzib etmədi.  Məlumatlara  görə, Avropa Oyunları ərəfəsində şəhər nəqliyyatındakı külli miqdarda paydan məhrum edilən nəqliyyat nazirinin ətrafı  “dışlandığını” hiss edərək, A.Abbasovla daha da yaxınlaşıb.
Z.Məmmədovun oğlunun amerikalı  milyarderlə şərikli mehmanxana-apartamentinin açılışının müəmmalı şəkildə ləngiməsi nazirin mövqeyinin zəiflədilməsi, Məmmədovlara inamın itməsi kimi izah edilir. İkinci bir tərəfdən, nazir oğlunun uzun illər milyonlar xərclədiyi Amerika siyasəti də artıq iflasa uğramış sayılır. Çünki ikinci ildir ki, rəsmi Vaşinqtonla Bakı az qala “müharibə” həddindədir və A.Məmmədovun rəhbərlik etdiyi Amerika-Azərbaycan Alyansı faktiki situasiyanı dəyişmək üçün heç nə edə bilmir.
 
İndi qalmaqallı səfirlə bağlı da xəbərlərin ortaya çıxması, Arif Məmmədovun bəyanatlarının arxasından yenə Abbas Abbasovun silutenin görünməsi, üstəlik, Ziya Məmmədovun da “qiyamçı” ilə ailəvi dostluğunun üzə çıxması hakimiyyəti nəqliyyat naziri ilə bağlı daha sərt qərar verməyə sövq edə bilər. 
(“Yeni Müsavat”)
Previous Post

Ziya Məmmədov, ”qiyamçı” səfir və Abbas Abbasov…

Next Post

Arif Məmmədov qalmaqalının sirri: `…Ayaz Mütəllibovun kadrıdır`

Bənzər yazılar

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

09 Oktyabr 2026 - 16:00

ABŞ münaqişənin davam edəcəyi təqdirdə Ukraynanı sərt qışla üzləşəcəyinə inanır. Elchi.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. ABŞ...

Next Post

Arif Məmmədov qalmaqalının sirri: `...Ayaz Mütəllibovun kadrıdır`

Arif Məmmədov qalmaqalının sirri: `...Ayaz Mütəllibovun kadrıdır`

Son xəbərlər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.