"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ziya Məmmədov hər ay MTN-ə 1 milyon xərac verirmiş…?

30 Oktyabr 2015 - 08:54
in CƏMİYYƏT
FacebookVatsap

Ziya Məmmədov hər ay MTN-ə 1 milyon xərac verirmiş...?

Naziri Eldar Mahmudovun “kassiri” ilə nə birləşdirir?

Bunu da oxuyun

DSMF-nin xərcləri 9,8% artıb

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Bu günlərdə Nəqliyyat naziri Ziya Məmmədov medianın barəsində ən çox yazdığı məmurlardan biridir. Son olaraq bölgələrdəki görüşlərdən birində jurnalistlərə “bəs deyirdiz ki, mən qaçmışam” deyə atmaca atan nazirə medianın həmin vaxt adekvat suallar verə bilməməsi də müzakirə mövzusudur. Amma Yeni Müsavat Z.Məmmədovla birbaşa ünsiyyət yarada bilməsə də, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənova bəzi suallar ünvanlayıb.

– Bildiyimiz qədər nazir Ziya Məmmədov artıq işə çıxır. Nəqliyyat Nazirliyinin əlindən bəzi səlahiyyətlərinin alınması onun iş qrafikinə necə təsir edib?

– İş yükü çoxalıb. Həddən artıq iş var. Təsəvvür edin ki, iş qrafiki o qədər gərgindir ki, heç mən özüm də cənab nazirin qəbuluna düşə bilmirəm. Ancaq telefonla danışırıq.

– Bəzi səlahiyyətlər nazirlikdən alınıbsa, iş yükü də azalmalı deyilmi?

– Yox, təkcə səlahiyyət məsələsi deyil ki. Bilirsinizmi bizim nə qədər işlərimiz var? Nazirliyin öz işləri, bütün şöbələrlə iş aparmaq bir yana, Dövlət Avtomobil Nəqliyyatı, “Azəryol”, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı o qədər işlər var ki… İnanın, bəzən qəbullar olur, vətəndaşlarla bağlı, bölgələrdə qəbullar… Qrafik həddən artıq gərgindir.

– Belə çıxır ki, hətta səlahiyyətlərdən bəzilərinin alınmasına görə sevinmək də olar…

– Doğrudan da bizim səlahiyyətlərin bəzilərinin ASAN Xidmətə verilməsi çox gözəl addım oldu. Mən nazirliyin adından da cənab prezidentə öz təşəkkürümü bildirirəm ki, bizim işimiz xeyli yüngülləşdi. Həm şəffaflıq artdı, həm işlərimiz azaldı. Ölkədə gedən islahatların tərkib hissəsi kimi bu edildi və çox yaxşı addımdır.

– Bəs Ziya Məmmədov özü bu səlahiyyətlərin alınması ilə bağlı nə deyir?

– Mən elə sizə cənab nazirin fikirlərini çatdırıram. O deyir ki, bu, çox yaxşı oldu ki, müəyyən səlahiyyətlər ASAN Xidmətə verildi. Sürücülər tərəfindən müəyyən narazılıqlar vardı. O da cənab prezidentin bu addımını dəstəkləyir.

– Bəs avtovağzaldakı sürüşmə, bunun mətbuatda geniş ajiotaj yaratması… Bütün bunlar, sizcə, təsadüf idi?

– Mətbuat baş verənləri çox şişirtdi. O cümlədən də avtovağzalla bağlı məsələni. Bu məsələyə də aydınlıq gətirim ki, orda artıq sürüşmə prosesi dayanıb. Sadəcə olaraq, bizim nazir haqqında həddən artıq yazılırdı deyə harada bir hərəkət, vağzal sözü vardısa, gətirib onu cənab nazirin adına bağlayırdılar. Ona görə də bunu ədalətsizlik, insafsızlıq olaraq qiymətləndirirəm. İndi bu sürüşmə çox yerdə gedir. Azərbaycanın dağlıq rayonlarında, müəyyən ərazilərdə sürüşmənin olması təbii hadisədir. Bakı Avtovağzalı ərazisində də sürüşmə oldu, bunu böyütdülər. Çox yaxşı oldu ki, bu sürüşmə prosesi də dayandı, mətbuatın bu mövzularda qeyri-dəqiq informasiyaları yazması da. Mətbuata cənab nazir çox gözəl cavab verdi ki, “bəs yazırdınız ki, qaçmışam?” Həqiqətən də yazırdılar. Mən də deyirdim ki, bu yazan adam qoy bir dəfə zəng eləsin, məndən soruşsun. Nazir burda yox idi, mən ölkədə idim axı, məndən soruşaydılar ki, hardadır. Amma soruşmurdular və qeyri-peşəkar yazılar artırdı mediada. Mən ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəmsə, məndən “sənin nazirin hardadır” deyə bir soruşun. Bunu etmirdilər, bu da istər-istəməz adamda qıcıq yaradırdı. Axı bu, jurnalistika deyil, jurnalistikanın prinsiplərinə ziddir. Yaxşı oldu ki, özü gəldi və mediaya da öz sözünü bir cümlə ilə dedi.

– Elə söhbət də ondan gedir ki, cəmi bir cümlə ilə münasibət bildirdi. Ötən müsahibənizdə demişdiniz ki, nazir mətbuat konfransı keçirə bilər. Gözlənilmirmi?

– Bəli, demişdim. Amma o barədə müzakirə apara bilməmişəm. Çünki gələndən sonra nazirlikdə xeyli toplantılar oldu. Bu həftə də bir böyük toplantımız oldu. Yəqin ki, bugünlərdə özü ilə danışacam.

– Ziya Məmmədovun qohumlarının işdən çıxarılması məsələsi nə dərəcədə həqiqətə uyğundur?

– Müəyyən adamlar var ki, işdən uzaqlaşdırılıblar. Bizim nazirin bir prinsipi var: kimliyindən asılı olmayaraq, kiminsə işində qüsur varsa, sistemdən uzaqlaşdırılır. İstər qohum olsun, istər gözünün işığı olsun, işində nöqsana yol verirsə, cənab nazir onun kimliyinə, soyadına baxmır. Günlərin bir günü mən də səhvə yol versəm, mən də çıxıb gedəcəm. Nazir səhvləri bağışlamır. Qohumların hər biri də öz sahəsində bişmiş, təcrübəli adamlar idi. Amma cənab nazir məsləhət görüb ki, onlar başqa sahədə çalışsınlar.

– Mətbuatda yayılan xəbərlərdən biri də Ziya Məmmədovun hər ay Milli Təhlükəsizlik Nazirliyinə 1 milyon dollar məbləğində xərac verməsidir…

– Bu, gülünc söhbətdir. Bunu yazan jurnalist pulu harda sayıb, necə görüb? Ziya müəllim haqda yazılan yüz yalandan biri də budur.

– General Akif Çovdarovu Nəqliyyat Nazirliyinin binasında görmüsüzmü heç? Ora gəlib-gedənlərdən olubmu?

– O adamın şəklini bu yaxınlarda mətbuatda görmüşəm. Onu da görəndən sonra tanımışam. Şəkil bir az uzaqdan çəkildiyi üçün heç üzü də aydın görünmür. Mən yenə də deyirəm, son proseslərdə bəzi jurnalistlərin davranışı, qeyri-peşəkarlığı çox aydın göründü. Mən o yazıları oxuyanda o qədər təəssüf hissi keçirdim ki. Bəli, filankəsin işdən çıxarılması faktdır. Cənab prezident fərman verib və işdən azad edib. Bunun haqqında yazmaq olar. Amma Ziya müəllimi 13 ildə 130 dəfə işdən çıxarıb, qoyublar.

– Sadəcə, məmurlar jurnalistlər üçün çatımlı deyillər. Medianın birbaşa nazirlə ünsiyyət, dialoq, söz soruşmaq imkanı olsa, onun özündən açıqlama almaq daha məqsədəuyğun olar.

– Nazirlə əlaqə yarada bilmirlərsə, mən burdayam, oturmuşam. Bax, məsələn, sizin qəzet mənə zəng vurub, mövqe soruşur, müsahibə alır və mən də məmnuniyyətlə sualları cavablandırıram. Mənim sizə ona görə hörmətim var ki, siz deyilənləri olduğu kimi yazırsız. O biri saytlar da sizdən köçürüb, bu müsahibəni verirlər. Nəticədə düzgün informasiya bütün mediaya yayılır.

Previous Post

Ziya Məmmədov hər ay MTN-ə 1 milyon xərac verirmiş…?

Next Post

Diyarbəkri “türk-kürd qardaşdır, PKK əclafdır” şuarları bürüdü – Davudoğlu Diyarbəkrə gəldi, kürdlər meydana axışdı

Bənzər yazılar

Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

DSMF-nin xərcləri 9,8% artıb

21 Avqust 2026 - 09:57

2026-cı ilin yanvar–iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 430,8 milyon manat və ya...

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

20 Avqust 2026 - 18:22

Sentyabrın 14-də, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Elchi.az bu barədə Azərbaycan...

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

20 Avqust 2026 - 17:08

2026-2027-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası...

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

20 Avqust 2026 - 15:52

2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Bu barədə Elchi.az-a MÜTDA-dan məlumat verilib. Qeyd olunub ki, proses 2–9-cu...

Next Post

Diyarbəkri "türk-kürd qardaşdır, PKK əclafdır" şuarları bürüdü - Davudoğlu Diyarbəkrə gəldi, kürdlər meydana axışdı

Diyarbəkri "türk-kürd qardaşdır, PKK əclafdır" şuarları bürüdü - Davudoğlu Diyarbəkrə gəldi, kürdlər meydana axışdı

Son xəbərlər

El-Nino Panama kanalını vurdu: Gəmi keçidləri azaldılır

El-Nino Panama kanalını vurdu: Gəmi keçidləri azaldılır

21 Avqust 2026 - 11:08
ABŞ-da çarter təyyarəsinin qəzasında 8 nəfər həlak olub

ABŞ-da çarter təyyarəsinin qəzasında 8 nəfər həlak olub

21 Avqust 2026 - 10:56
ABŞ: Qəzzə sülh planını tam həyata keçirəcəyik

ABŞ: Qəzzə sülh planını tam həyata keçirəcəyik

21 Avqust 2026 - 10:44
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

21 Avqust 2026 - 10:32
Tramp Kim Çen Inla dost olmaq istəyir

Tramp Kim Çen Inla dost olmaq istəyir

21 Avqust 2026 - 10:24
2027-ci il üçün həyəcan siqnalı verildi: Bu, tarixdə ən isti El Nino olacaq

2027-ci il üçün həyəcan siqnalı verildi: Bu, tarixdə ən isti El Nino olacaq

21 Avqust 2026 - 10:11
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

DSMF-nin xərcləri 9,8% artıb

21 Avqust 2026 - 09:57
Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

21 Avqust 2026 - 09:49
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və arpa göndəriləcək

21 Avqust 2026 - 09:35
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

21 Avqust 2026 - 09:28
İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qazın qiyməti artıb

21 Avqust 2026 - 09:16
UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.