Zidan ABŞ yığmasına rəhbərlikdən imtina edib

51

Zinəddin Zidan ABŞ Futbol Federasiyasının bu ölkənin kişilərdən ibarət yığma komandasının baş məşqçisi postu ilə bağlı təklifini qəbul etməyib.

Elchi.az-ın xəbərinə görə, bu barədə ESPN məlumat yayıb.

ABŞ Futbol Federasiyası təkliflə əlaqədar Zinəddin Zidanla əlaqə saxlayıb. Zinəddin Zidan isə agenti vasitəsi ilə təklifi qəbul etmədiyini bildirib.

Qeyd edək ki, ərəb əsilli fransalı futbolçu, dünya və Avropa çempionu Zinəddin Zidan 2016-2018-ci illərdə məşqçi kimi Madridin “Real” klubunu çalışdırıb. “Real” bu müddət ərzində 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə İspaniya çempionu, İspaniya Superkubokunun və UEFA Superkubokunun qalibi, dünya klublarının çempionatının qalibi olub.