Zidan “Əl-Nəsr”in dəvətini RƏDD ETDİ

59

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Zinəddin Zidanı baş məşqçi postuna dəvət edib. Lakin fransalı mütəxəssis bundan imtina edib.

Elchi.az Smotrim.ru-ya istinadən xəbər verir ki, “Əl-Nəsr” Zinəddin Zidana fantastik müqavilə təklif etməyə hazır idi. İki illik iş üçün Zidan 150 milyon avro alacaqdı.

Amma bu təklif Zidanı maraqlandırmayıb. Fransız məşqçi Kriştiano Ronaldonun çıxış etdiyi klubla işləməkdə maraqlı deyil. Çünki Zidan Avropa klubunda işə düzəlmək niyyətindədir.

Qeyd edək ki, Zinəddin Zidan özü 2021-ci ilin may ayından işsizdi. Onun məşqçilik karyerasında son klubu “Real Madrid” olub.

Yeganə