“Zero” müflis oldu – XƏBƏR
Bu barədə kitab evinin rəsmi “Facebook” səhifəsində məlumat verilib: “Zero” Kitab evini bağlamaq qərarına gəldik. Təəssüf ki, mağaza iqtisadi cəhətdən özünü doğrultmadı. Avqust ayının 20-nə qədər bütün kitablar 30 faiz endirimlə satılacaq. Sentyabrdan bütün gücümüzü www.alokitab.az-ın inkişafına yönəldəcəyik”.
“Zero” Kitab Evinin rəhbəri Zahir Əzəmət də məlumatı təsdiqləyib.