Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ABŞ Konqresində çıxış edib.
Elchi.az xəbər verir ki, o, Konqresin spikeri Nensi Pelosinin dəvəti ilə ABŞ-a səfər edib.
ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı xanım Zelenskaya Ukraynanı müdafiə etmək üçün daha çox silah və hava hücumundan müdafiə sistemləri tələb edib.
“Bu gün sizə birinci xanım kimi deyil, bir ana və bir qız kimi müraciət etmək istəyirəm”, – o deyib.
Zelenskaya ABŞ-a müharibədə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib: “Sizin bizə dəstəyiniz çox güclüdür. Rusiya öldürür, Amerika həyatı xilas edir”.
O bildirib ki, adətən prezidentin xanımları təhsil, insan haqları, bərabərlik, əlçatanlıq kimi dinc mövzulardan danışırlar.
“Sizdən heç vaxt etmək istəmədiyim bir şey istəyirəm. Sizdən silah istəyirəm. Bu silahlar başqasının torpağına hücum etmək üçün deyil, torpağımızı qorumaq üçün istifadə olunacaq.. Mən hava hücumundan müdafiə sistemləri istəyirəm ki, raketlər heç kimi öldürməsin”.