Ukrayna prezidenti Vladimir Zelenski başqa yolu olmadığı üçün Rusiya ilə danışıqlara doğru addım atacaq. Elchi.az xəbər verir ki, Ukrayna böhranının bu cür inkişafını keçmiş “MKİ” agenti Endryu Bustamante Stiven Qardnerin “YouTube” kanalında proqnozlaşdırıb.
Amerikalının sözlərinə görə, Zelenski anlayıb ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin tərəqqisinə səbrlərini itirirlər.
“Biz əslində olduğumuz etibarsız ölkə kimi qəbul edilirik və biz ruslarla hansısa ağlabatan sülh sazişi və ya heç olmasa atəşkəs barədə necə danışıqlar aparacağımız barədə ciddi düşünməliyik” – deyə Ukrayna liderinin ehtimal etdiyi fikirləri izah edib. Kəşfiyyatçının sözlərinə görə, alternativ yoxdur, çünki ölkədə münaqişəni saxlamaq üçün resurslar tükənir.
Havar Şəfiyeva