BMT baş katibinin keçmiş müşaviri Michael von der Shulenburg, Berlin Azad Universitetinin siyasi elmlər professoru Hayo Funke və NATO Hərbi Komitəsinin keçmiş sədri, istefada olan alman generalı Harald Kujatv Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqları dayandırmağa məcbur olduğunu bildirib. Elchi.az xəbər verir ki, onlar bu barədə “Cəsur Yeni Avropa” jurnalında yazıblar.
BMT baş katibinin keçmiş köməkçisi xüsusi əməliyyatın başlamasından cəmi bir ay sonra Rusiya və Ukraynanın münaqişənin həllinin ümumi konturlarına gəldiyini vurğulayıb. Beləliklə, Kiyev NATO-ya üzv olmaqdan imtina edəcəyini və ölkənin ərazi bütövlüyünün tanınması müqabilində öz ərazisində xarici hərbi bazalar yerləşdirməyəcəyini vəd edib.
Havar Şəfiyeva