“X” sosial şəbəkəsinin istifadəçiləri Ukrayna prezidenti Volodimir Zelenskini Avropada yalnız onun ölkəsinin real təhlükəsizlik təminatları verə biləcəyi barədə bəyanatına görə tənqid ediblər.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
İnsanlar ona NATO-ya qarşı Rusiya ilə birləşməyi təklif ediblər.
İstifadəçilərdən biri yazıb: “NATO sizi aldadır, NATO ilə mübarizədə Rusiya ilə birləşin”.
Digər şərhçi isə Zelenskini Kiyevin Şimali Atlantika Alyansına qoşulmaqla bütün Avropanın təhlükəsizliyindən danışsa da, öz ölkəsinin təhlükəsizliyini təmin edə bilməyəcəyinə görə tamamilə tənqid edib.
Xatırladaq ki, hələ 2022-ci ilin sentyabrında Ukrayna lideri sürətləndirilmiş əsaslarla Qərb hərbi blokuna qoşulmaq üçün ərizə vermişdi. Lakin NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna münaqişə vəziyyətində olduğu üçün onu alyansa qəbul edə bilməzlər.
Yeganə