Vladimir Zelenski oktyabrın 10-da Rumıniyaya rəsmi səfər edəcək, ölkə rəhbərliyi ilə görüş zamanı o, Ukrayna taxılının tədarükü və Buxarestin bu taxılın təmin edilməsi üzrə səylərini müzakirə etməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə “Klik” Rumıniya prezidenti Klaus İohannisin administrasiyasına istinadən xəbər verir.
Qeyd olunur ki, Zelenskinin səfər zamanı əsas məqsədi təhlükəsizlik, o cümlədən enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə etmək olacaq. Səfərə hazırlıq gizlidir, Zelenskinin gəlişi rəsmi olaraq Ukrayna-Rumıniya sərhədini keçdikdən sonra məlum olacaq.
Havar Şəfiyeva