Avropa Yayım Birliyi (EBU) Ukrayna prezidenti Volodimir Zelenskinin Avroviziya musiqi müsabiqəsinin finalında videomüraciət etmək xahişini rədd edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
EBU nümayəndəsinin sözlərinə görə, Avroviziya qeyri-siyasi xarakter daşıyan beynəlxalq əyləncə şousudur. Bu prinsip müsabiqədə siyasi və ya oxşar bəyanatların verilməsini qadağan edir.
“Zelenskinin Avroviziya tamaşaçıları qarşısında çıxış etmək xahişi təqdirəlayiq niyyətlə edilsə də, təəssüf ki, təmin oluna bilməz”, –deyə EBU sözçüsü bildirib.
Yeganə