Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Elchi.az-ın xəbərinə görə, bu barədə Zelenski “Twitter”də bildirib.
“Telefon söhbətində mən sülh danışıqları zamanı Rusiyanın Ukrayna şəhərlərində yaşayış obyektlərini atəşə tutmasından danışdım. Ukrayna üzərində səmanı bağlamağın vacibliyini vurğuladım. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı işləri sürətləndirmək lazımdır”, – Zelenski qeyd edib.