Zelenski Ukraynanın müdafiə naziri Reznikovun istefa verdiyini açıqlayıb

103

Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Reznikovu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini və onun yerinə Rustem Umerovun təyin edilməsini təklif etdiyini bildirib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim”, – deyə Zelenski Telegram kanalında videomüraciətində bildirib: “Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rustem Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”.

Nuranə Məmmədova