Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq planı üzərində ABŞ tərəfi ilə işləyəcəyini açıqladı.
Elchi.az xəbər verir ki, Telegram hesabındakı paylaşımda Zelenski ABŞ Ordu Katibi Daniel Driskollu Kiyevdəki ofisində qəbul etdiyini bildirdi.
Rusiya-Ukrayna müharibəsində “əsl sülhə” nail olmaq üçün müxtəlif variantları müzakirə etdiklərini qeyd edən Zelenski dedi: “Ukrayna və ABŞ-dakı komandalarımız müharibəyə son qoymaq planının müddəaları üzərində işləyəcəklər”.
ABŞ Prezidenti Donald Trampın sülhə nail olmaq səylərini vurğulayan Zelenski dedi: “Sülhə ehtiyac var və biz Prezident Trampın və onun komandasının Avropada təhlükəsizliyi bərpa etmək səylərini yüksək qiymətləndiririk”.
Mesajında Zelenski həmçinin bildirib ki, o, Driskollu dünən Rusiyanın Ternopol şəhərinə raket hücumu barədə məlumatlandırıb.
Şayəstə





















