Zelenski: Ukrayna Qərb silahlarından istifadə etməyəcək

66

Ukrayna prezidenti qeyd edib ki, Rusiya ərazisi onu maraqlandırmır.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazilərinə zərbələr endirmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə etməyəcəyinə söz verib.
Zelenski Rusiya ərazisi ilə maraqlanmadığını qeyd edib, həmçinin Ukrayna qoşunlarının Dnepr çayının o biri tərəfindən atəşə tutulmasına cavab vermək üçün silahlarının olmadığını da açıqlayıb.
“Ona görə də mən uzaqmənzilli silahlara ehtiyac olduğunu vurğulayıram. Əgər bu silahlarla rusları daha da irəli apara bilsək, onlar bizi təhdid edə bilməyəcəklər”, – deyə Ukrayna lideri CNN telekanalına müsahibəsində bildirib ki, ukraynalı dedikdə 1991-ci il sərhədləri daxilindəki ərazini nəzərdə tutur.
Xatırladaq ki, bu ilin fevral ayının sonunda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Rusiyaya zərbə endirmək üçün Qərb ölkələrinin verdiyi qırıcılardan və uzaqmənzilli silahlardan istifadə etmək niyyətində olmadığını, lakin bu cür silahlardan “əraziləri azad etmək üçün” istifadə etməyə hazırlaşır.

Şayəstə