Zelenski Ukrayna Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib

🗓 26.03.2024 18:13 ✍️ "Elçi" qəzeti
Zelenski Ukrayna Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib
Ukrayna prezidenti Vladimir Zelenski Aleksandr Litvinenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının  yeni katibi təyin edib.   Elchi.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında sərəncam dərc olunub. "Aleksandr Valerieviç Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin", - sənədin mətnində deyilir. Qeyd edək ki, Litvinenko 2021-ci il iyulun 23-dən Ukrayna Xarici Kəşfiyyat Xidmətinə  rəhbərlik edir. Bundan əvvəl məlum olub ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilovu vəzifəsindən azad edib. O, 2019-cu ilin oktyabr ayından bu vəzifəni icra edir. Siyasətçinin yeni təyinatı açıqlanmayıb. Havar Şəfiyeva

Bənzər yazılar