Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbi komandiri Vladlen Tatarskinin (Maksim Fomin) kafedə yaradıcılıq gecəsində partlayış nəticəsində həlak olduğu Sankt-Peterburqdan gələn xəbərə münasibət bildirib.
Elchi.az xəbər verir ki, Rusiya yerli mediası Zelenskidən sitat gətirib:
“Mən Sankt-Peterburqda və ya Moskvada baş verənlər barədə düşünmürəm. Rusiya bu barədə düşünməlidir. Mən ölkəmizi düşünürəm”.
Bundan əvvəl Ukrayna prezidentinin dəftərxanası bəyan etmişdi ki, Ukrayna tərəfi Sankt-Peterburqda baş verən hadisələrdə iştirak etmir. Ofis rəhbərinin müşaviri Mixail Podolyak hadisəni “məişət terroru” adlandırıb.
Rusiya Milli Antiterror Komitəsi hadisəni daha əvvəl terror aktı kimi qiymətləndirmişdi. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “Darya Duqinanın və çox güman ki, Maksim Fominin qətlinin arxasında Kiyev rejimi dayanır”.
Partlayışı təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Daria Trepova saxlanılıb.
Yeganə