Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladı qəbul edib və qurumun Rusiyaya qarşı yeni əməliyyatlarını razılaşdırıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
“Bu gün yeni əməliyyatları təsdiqlədim. Aleksandr Poklad Ukrayna Təhlükəsizlik Xidmətinin avqust ayı üçün prioritetləri barədə məruzə etdi”, — deyə o yazıb.
Bundan əlavə, Zelenski qurumu “Ukraynaya deyil, özünə işləyənlərdən təmizləməyi” tapşırıb.
Məryəm





















