Ukrayna prezidenti Volodimir Zelenski Donbasdan Hayfa limanına gələn Rusiya taxılına görə İsraili sanksiyalarla hədələyib.
Elchi.az xəbər verir ki, bəyanat Zelenskinin Teleqram kanalında dərc olunub.
“Bu, şəxsi biznes ola bilməz. İsrail hakimiyyəti ölkənin limanlarına hansı gəmilərin və hansı yüklərin gəldiyindən xəbərsiz ola bilməz”,- deyə Zelenski həmçinin yəhudi dövlətini Ukraynanın tərəfdaşı adlandırıb.
Aprelin 27-də “Axios” mənbələrə istinadən bildirib ki, Kiyev Rusiyanın “Panoramits” taxıl daşıyan gəmisinin ölkəyə daxil olması ilə bağlı Təl-Əvivi qalmaqalla hədələyib. Konkret olaraq, Ukrayna diplomatik və beynəlxalq hüquqi tədbirlərin bütün spektri ilə hədələyib.
Buna cavab olaraq İsrailin xarici işlər naziri Gideon Saar ukraynalı həmkarı Andriy Sibiqaya sərt cavab verib. O, Sybiga’nın şikayət etmədiyini, ancaq heç bir araşdırma aparmadan dərhal sosial şəbəkələrdə təhdidlər etməyə başladığını iddia edib.
Yeganə





















