Ukrayna prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, sanksiyalar Rusiya ərazisində muzdlu qruplarının dəstəklənməsi və yaradılmasında iştirak edən, sonradan Ukraynaya qarşı istifadə olunan şəxslərə qarşı tətbiq edilir.
Bundan əlavə, Rusiya idman rəsmiləri də Ukrayna tərəfindən sanksiyaya məruz qalıblar – onların xüsusi əməliyyatı dəstəkləməkdə iştirak etdiklərinə görə. Maraqlısı odur ki, Ukrayna prezidentinin rəsmi saytında xəbərin yazıldığı vaxt fərmanlar hələ yerləşdirilməyib.
Xatırladırıq ki, Rusiya Kiyev rejiminin aqressiv planları və Donbassda əhalinin məskunlaşdığı əraziləri atəşə tutması səbəbindən xüsusi əməliyyat keçirməyə məcbur olub.
Yeganə