Volodimir Zelenski “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün yeni raket partiyasının Ukraynaya çatdığını iddia edir.
Elchi.az xəbər verir ki, “Obşestvennoye” (Suspilne) nəşri onun sözlərini sitat gətirib.
“Hazırkı vəziyyətə görə, tərəfdaşlar ‘Patriot’ üçün raketləri ötürürlər. O cümlədən bu günlərdə yeni bir partiya gəlib”, — deyib.
Xatırladaq ki, bundan əvvəl Zelenski “Patriot” raketlərinin qıtlığından şikayətlənirdi. Həmin raketlər ABŞ və İsrailin İranla münaqişəsi səbəbindən prioritet qaydada Yaxın Şərqə göndərilirdi.
Məryəm





















